Agent (Yerli xətlər)

  • Истекает 3 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tələblər

  • Xanım namizədlər
  • Yaş 22-30
  • Dil biliyi: Azərbaycan dili-əla, 
  • Rus və İngilis dili arzu olunandır;
  • Orta (orta ixtisas, ali) təhsilli və ya xüsusi əlavə hazırlıq keçmiş, bu sahədə ən azı 1 illik iş stajına malik olması arzu olunandır.
  • Kompüter biliyi: MS Office standart kompüter proqramları (Outlook, Word və ya Excell);

Bacarıq və şəxsi keyfiyyətlər:

  • İşgüzar ünsiyyət və yazışmalar etikası;
  • Kollektivdə işləmək bacarığı;
  • Səliqəlilik;
  • Məsuliyyət;
  • Stresə davamlılıq;
  • Diqqətlilik;
  • Dəqiqlik;
  • İnsanlarla işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Aviabiletlərin bronlaşdırılması, yer təxsisi və satışını həyata keçirmək;
  • Aviabiletlərin satışı zamanı tarif və yığımları düzgün tətbiq etmək;
  • Sərnişinlərə aviabiletlərin qiymətləri, reyslər, daşıma qaydaları və xidmətlər barədə düzgün və dolğun məlumat vermək;
  • Sərnişinlərin tələbatına uyğun aviabiletləri təqdim etmək və satış prosesini operativ şəkildə həyata keçirmək;
  • Aviabiletlərin sərnişinin iştirakı və şəxsiyyəti təsdiq edən sənəd əsasında rəsmiləşdirilməsini təmin etmək;
  • Sərnişinlərə növbə ardıcıllığına uyğun, nəzakətli və keyfiyyətli xidmət göstərmək;
  • Aviabiletlərin satışı və rəsmiləşdirilməsi zamanı müəyyən edilmiş prosedur və qaydalara riayət etmək;
  • Ödənişləri düzgün və tam qəbul etmək və müvafiq satış sənədlərini rəsmiləşdirmək;
  • Sərnişinlərə satışdan əvvəl və sonra aviadaşıma ilə bağlı zəruri məlumat və izahları vermək;
  • Əmək intizamına və iş qrafikinə riayət etmək.

İş şəraiti

  • İş qrafiki: 2 növbəli, saat 09:00-dan – saat 19:00-dək (ardıcıl davam edən 2 (iki) iş günü və onun ardınca gələn 2 (iki)  istirahət günlərindən ibarətdir)
  • Əmək haqqı: Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq. 
  • İş yeri: Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 126A

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily42
  • Weekly145
  • Monthly162