Sinteks Şirkətlər Qrupu “1C üzrə administrator” axtarır!
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
- Bu vəzifənin rolu 1C sisteminin fasiləsiz işləməsini və 1C sisteminin istifadəçilərinə texniki dəstəyin təmin edilməsindən ibarətdir.
Vəzifə öhdəlikləri:
Sistem idarəetməsi:
- 1C bazalarının dəstəklənməsi və idarə edilməsi.
- Sistemin işinin monitorinqi və nasazlıqların vaxtında aradan qaldırılması.
- 1C və digər informasiya sistemləri arasında məlumat mübadiləsinin saxlanması.
Yeniləmə idarəetməsi:
- 1C sistemində yeniliklər tətbiq olunmazdan əvvəl yeni versiyaların və modulların sınaqdan keçirilməsi.
Quraşdırma və optimallaşdırma:
- Sistemin səmərəliliyini artırmaq üçün 1C-də parametrlərin həyata keçirilməsi, biznes proseslərinin optimallaşdırılması.
- 1C sistemində baş mütəxəssislərin rəhbərliyi altında sadə dəyişikliklərin həyata keçirilməsi.
- 1C platformasında yeni həllərin tətbiqi üzrə layihələrdə iştirak və baş mütəxəssislərin rəhbərliyi altında digər sistemlərlə inteqrasiya
İstifadəçi dəstəyi:
- İstifadəçi sorğularının işlənməsi, texniki problemlərin həllində köməklik və 1C ERP sistemi ilə işləmək üzrə məsləhətlərin verilməsi
- 1C sisteminin işləməsi ilə bağlı insidentlərin və texniki problemlərin həlli.
Təhlükəsizlik və məlumatların qorunması:
- Giriş hüquqlarının və istifadəçilərin təyini səviyyəsində məlumat təhlükəsizliyinin təmin edilməsi.
Layihələrin təşkili və nəzarəti:
- 1C sisteminin və 1C İT infrastrukturunun funksionallığı ilə bağlı layihənin idarə edilməsi.
- Layihə sənədlərinin yaradılması, 1C sistemində dəyişikliklərin sənədli qeydlərinin aparılması.
Sənədləşdirmə və Təlim:
- İşçilərə 1C ERP sistemi ilə işləmək üzrə əsas bacarıqların öyrədilməsi və konsultasiyası.
- Sistemin idarə edilməsi və istismarı üzrə sənədlərin aparılması
Məsuliyyət sahəsi:
- 1С: ERP Управление предприятием 2
- 1С: Розница 8
Professional biliklər:
- 1C:ERP platformasının arxitekturasını və idarəetmənin əsaslarını bilmək.
- MS SQL, PostgreSQL üzrə biliklərin olması üstünlükdür; 1C bazasının optimallaşdırılması üzrə sorğuların işləmə məntiqini anlama.
- Məlumatların ehtiyat nüsxəsi və bərpası sistemləri ilə iş təcrübəsi.
Təhsil:
- İT, informasiya sistemləri və proqramlaşdırma üzrə ali texniki təhsil
- 1C üzrə sertifikatlar üstünlükdür
İş təcrübəsi:
- 1C ERP ilə minimum 1 il iş təcrübəsi
Professional Bacarıq və Kompetensiyalar
- 1C ERP ilə işləməyin əsaslarını bilmək, əsas idarəetmə və texniki dəstək bacarıqları, İT sahəsində inkişaf etmək arzusu
- Detallara diqqət, komandada işləmək bacarığı, yaxşı öyrənmə qabiliyyəti və inkişaf etmək istəyi.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “1C üzrə administrator” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.