Şirkət: Sinteks Şirkətlər Qrupuna daxil olan FBCO MMC
İş şəraiti
- İş Yeri: Boğça Lab (Mərdəkan q.)
- İş qrafiki: 6 gün
- Əmək haqqı: 700 AZN
Vəzifə öhdəlikləri
- Anbar üçün sifarişlərin verilməsi.
- Xammal qəbulu zamanı faktiki say və çəkilərin düzgünlüyünə nəzarət.
- Xammalın düzgün formada saxlaılmasını təmin etmək.
- Qəbul olunmuş xammalların sistemə düzgün işlənməsinə nəzarət etmək.
- İstehsalat sahəsinə tələb üzrə xammal və qablaşdırmanın təhvil verilməsi.
- Sistem üzrə transferlərin düzgün və vaxtında edilməsi.
- Xammalların çıxışı zamanı FİFO -ya nəzarət.
Vəzifə təsviri
- Anbarda stok limitin yaradılması və bu stok limitə görə xammalların sifarişini təmin etmək.
- İstehsalat sahəsinin sifarişi zamanı gələn xammalların anbara Xammal qəbulu proseduruna uyğun Keyfiyyət mütəxəssinin iştirakı ilə qəbul edilməsi.
- Xammal qəbul zamanı məhsulları fakturaya uyğun olmağına nəzarət etmək. Hər-hansı bir kəsir və ya geri qaytarma barədə İstehsalat Rəhbərinə məlumatın verilməsini təmin etmək.
- Anbara qəbul olunan bütün məhsullar üzərindəki etiket bilgilərinə uyğun şəraitdə saxlanılmasını təmin etmək.
- Qəbul olunan xammal fakturalarını muhasibatlığa çatdırılmasını təmin etmək, Sistem üzərində anbar stokuna düzgün oturulmasına nəzarət etmək.
- İstehsalat sahəsinə günün birinci yarsı lazım olan xammalların əl qaiməsi ilə təhvil verilməsi və sistem üzrə transferinin təmin edilməsi.
- Anbardan çıxan xammalların transferlərini sistem üzərində vaxtında işləməli.
- Xammalların anbara qəbulu, yerləşdirilməsi və anbardan çıxışı zamanı FİFO- ya (ilk girən ilk istifadə olunmalı) nəzarət etməli.
- Anbarda uzun müddət hərəkətsiz qalan xammal və ya istifadə müddətinə az qalmış məhsullar haqda yazılı olaraq məlumat verməlidir.
İş Təcrübəsi - Administrator olaraq 1 il təcrübə arzuolunandır
Müraciət qaydası:
- Xahiş olunur, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya
- WhatsApp: (010) 253 08 81 nömrəsinə göndərin.