Sinteks Şirkətlər Qrupunda hazırda “Aşpaz (Demi Chef de Partie)” vakansiyası mövcuddur.
İş yeri: Emporium Café (Sea Breeze)
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Demi Chef de Partie vəzifəsinin məqsədi, mətbəx stansiyasının effektiv işləməsini təmin etmək, məhsulların keyfiyyətini qorumaq, sanitariya qaydalarına riayət etmək və aşpaz heyətini rəhbərlik edərək işin düzgün təşkil olunmasına nəzarət etməkdir.
Vəzifə öhdəlikləri:
- Məsuliyyət daşıdığı stansiyada (isti, soyuq, səhər yeməyi) gündəlik işin təşkili, məhsulların hazırlanması və servisə hazır vəziyyətə gətirilməsi.
- Aşpaz heyətinə rəhbərlik və nəzarət etmək, onlara texniki və gigiyenik baxımdan təlimə uyğun davamlılığı təmin etmək.
- Reseptlərə və texniki kartlara tam uyğun məhsul hazırlamaq, aşpazlar tərəfindən hazırlanmış məhsulların keyfiyyətindən əmin olmaq.
- Qida təhlükəsizliyi, sanitariya və allergen idarəetməsi qaydalarına ciddi riayət etmək.
- Xammal və ehtiyatların səmərəli istifadəsini təmin etmək və israfın qarşısını almaq.
- Stansiyanın təmizliyi, alət və avadanlığın saz vəziyyətdə saxlanılmasına cavabdehlik.
- Yeni menyuların testində iştirak etmək.
- Gündəlik hazırlıq siyahılarını yazmaq və Sous Chef-ə hesabat vermək.
Təhsil:
- Orta və ya ali təhsil
İş təcrübəsi:
- Minimum 2–4 il (A’la carte mətbəx təcrübəsi)
Professional bacarıq və səriştələr:
- Güclü liderlik və komanda işini təşviq etmək bacarığı
- İcraçı aşpazların təlimatlarını düzgün çatdırmaq və yerinə yetirmək bacarığı.
- Stress altında sakit və məhsuldar işləyə bilmək.
- Komandanın bir hissəsi kimi düşünmək və performansa töhfə vermək.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Aşpaz (Demi Chef de Partie)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.