Sinteks Group of Companies Sinteks Group of Companies
  • 267

Avans hesabatları və təhtəlhesab şəxslərin əməliyyatları üzrə mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Avans hesabatları və təhtəlhesab şəxslərin əməliyyatları üzrə mühasib

  • Deadline 6 April 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sinteks Şirkətlər Qrupu “Avans hesabatları və təhtəlhesab şəxslərin əməliyyatları üzrə mühasib” axtarır!

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

  • Bu vəzifənin rolu işçilərə pul vəsaitinin avans formada verilməsi prosesinin təşkili, verilmiş avanslar üzrə hesabatların vaxtında və aidiyyatı üzrə təqdim edilməsinin təmini, uçotda əks etdirməsi və korporativ bank kartlarına nəzarətdir.

Vəzifə öhdəlikləri:

  • Təyinatından asılı olaraq pul vəsaitin avans formada verilməsinin təşkil edilməsi
  • Verilmiş avanslar üzrə hesabatlarının təqdim edilməsinin təmini 
  • Avans hesabatına əlavə edilmiş sənədlərin, avansın təyinatı üzrə xərclənməsinin və avans hesabatının özünün düzgünlüyünün yoxlanması
  • Avans hesabatlar üzrə xərclərinin uçotda əks etdirilməsi
  • Korporativ bank kartlarının təşkili və nəzarəti
  • Ayın bağlanması prosesində iştirak etməsi

Professional biliklər:

  • Maliyyə uçotu
  • Nəğd və nəğdsiz əməliyyatlar üzrə qanun
  • Ezamiyyə xərclərinin normaları haqqında qanun
  • 1C programı 
  • MS Office (Excel)

Təhsil:

  • İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarəedilməsi üzrə Ali təhsil

İş təcrübəsi:

  • Maliyyə və Mühasibatlıq sahəsində 2 il iş təcrübəsi

Professional Bacarıq və Kompetensiyalar

  • Ünsiyyət bacarıqları
  • Detallara diqqət
  • Zamanın idarəolunması
  • Analitik düşüncə
  • Məsuliyyət

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Avans hesabatları və təhtəlhesab şəxslərin əməliyyatları üzrə mühasib” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily1
  • Weekly566
  • Monthly569