Sinteks Group of Companies Sinteks Group of Companies
  • 181

Barista

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Barista

  • Deadline 14 December 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • Şirkət: Sinteks Şirkətlər Qrupuna daxil olan FBCO MMC
  • İş Yeri: Emporium Café
  • İş qrafiki: Növbəli iş qrafiki (dəyişən növbələr əsasında)

İşin ümumi təsviri:

  • Barista, isti və soyuq içkilərin hazırlanmasına cavabdeh olan əməkdaşdır. O, yüksək keyfiyyətli qəhvə və digər içkiləri hazırlayaraq qonaqlara təqdim edir, məhsul haqqında məlumat verir, bar sahəsinin təmizliyinə nəzarət edir və xidmət standartlarına əməl edir.

Əsas vəzifələr və öhdəliklər:

  • Qəhvə, espresso, latte, cappuccino, soyuq qəhvə və digər içkilərin hazırlanması və təqdim edilməsi
  • Menyuda olan bütün içkiləri və onların tərkibini ətraflı bilmək
  • Müştərilərə içkilərlə bağlı məlumat vermək və uyğun məhsul tövsiyə etmək
  • İstifadə olunan avadanlıqlara (qəhvə aparatları, blender və s.) gündəlik qulluq və təmizliyə nəzarət etmək
  • İş sahəsinin — barın və piştaxtanın — daimi təmiz və səliqəli saxlanılmasını təmin etmək
  • Qəhvə dənələrinin, südün, siropların və digər məhsulların ehtiyatlarını yoxlamaq və vaxtında sifariş verilməsi üçün məlumat vermək
  • Növbə rəhbərinin və ya menecerin verdiyi tapşırıqları vaxtında və düzgün şəkildə yerinə yetirmək
  • Müştəri şikayətlərini nəzakətlə qəbul etmək və rəhbərliyə məlumat vermək
  • Gigiyena və təhlükəsizlik standartlarına tam riayət etmək

Tələblər:

  • Barista və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi (arzuolunandır)
  • Qəhvə növləri, içki tərkibləri və hazırlanma üsulları haqqında biliklər
  • Yaxşı ünsiyyət və təqdimat bacarığı
  • Təmizkar, diqqətli və operativ işləmə qabiliyyəti
  • Komanda ilə işləmə və yüksək xidmət mədəniyyəti
  • Gərgin iş rejimində çevik və məsuliyyətli işləmə bacarığı

Üstünlük verilən keyfiyyətlər:

  • Latte art və ya spesial içki hazırlanması sahəsində bilik və təcrübə
  • Xarici dil bilikləri (xüsusilə ingilis və ya rus)
  • Müştəriyönümlü yanaşma və təşəbbüskarlıq
  • Qəhvə və içki sahəsinə şəxsi maraq və inkişaf istəyi

Müraciət qaydası:

  • Xahiş olunur, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya  WhatsApp: (010) 253 08 81 nömrəsinə göndərin.
  • Daily17
  • Weekly515
  • Monthly1543