Lokasiya: Bakı,Azərbaycan
Vəzifənin məqsədi
Barista yüksək keyfiyyətli içkilərin hazırlanmasına və qonaqlarla səmimi ünsiyyətə cavabdehdir. O, LPQ-nin xidmət standartlarını və brend dəyərlərini gündəlik işində tətbiq edir.
Tələblər
Əsas vəzifələr
İçkilərin hazırlanması
- İçkiləri brend reseptlərinə uyğun hazırlayır və təqdim edir.
- Espresso və digər içkilərin keyfiyyətinə nəzarət edir.
İş sahəsi və avadanlıq
- Bar zonasını təmiz və səliqəli saxlayır.
- Avadanlıqları düzgün istifadə edir və işə hazır vəziyyətdə saxlayır.
Qeydiyyat və nəzarət
- Məhsulların silinmələr kitabında qeydiyyat aparır.
- Məhsul itkisinə və düzgün istifadəyə nəzarət edir.
Qonaqlarla ünsiyyət
- Sifarişləri operativ qəbul edir və hazırlayır.
- Qonaqlarla nəzakətli və səmimi davranır.
Komanda işi
- komanda ilə koordinasiyalı işləyir.
- Pik saatlarda operativ dəstək göstərir.
Tələblər
- 18 yaşdan yuxarı namizədlər
- Restoran sahəsində minimum 1–2 il iş təcrübəsi arzuolunandır.
- Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı
- Yüksək ünsiyyət bacarığı və nəzakətli davranış
- Məsuliyyətlilik və diqqətlilik
- Sürətli və dinamik mühitdə işləmək bacarığı
- Komanda ilə işləmək bacarığı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.