Sinteks Group of Companies Sinteks Group of Companies
  • 226

Baş qənnadçı (Pastry Chef)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Baş qənnadçı (Pastry Chef)

  • Истекает 25 октябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş Yeri: Boxça Lab (Mərdəkan q.)

İstehsalat sahəsində istehsal olunan bütün növ unlu qənnadı məmulatların reseptura və texnoloji ardıcıllığa uyğun istehsalına nəzarət.

Öhdəlikləri:

İstehsal prossesinə nəzarət:

  • İstehsalat sahəsində plan əsasında hazırlanan bütün növ unlu -qənnadı məhsulların texnoloji prossesinə nəzarət edilməsi.
  • Personallar tərəfindən hazırlanan məhsulların resepturalara uyğun hazırlanıb yığılmasına nəzarət.
  • Texnoloji prosseslərin təkminləşdirilməsi, yeni xammal növlərinin tətbiq olunması, çeşidin genişləndirilməsi və məhsulun keyfiyyətinin yaxşılaşdırılması üzrə təkliflərin hazırlamalı və tədbirləri həyata keçirilməsində iştirak etmək.
  • İşdə yüksək keyfiyyət göstəricilərinə nail olmaq məqsədi ilə beynəlxalq qabaqçıl texnologiyanı öyrənmək və istehsalatda tətbiq etmək.
  • Xammalları yaxşı tanımalı və xammal dəyişikliyindən yarana biləcək problemi araşdırmalı və lazımı tədbirləri görməli
  • Mövcud reseptləri daim təkmilləşdirmək və xammaldan optimal istifadəni təmin etmək.
  • Mütəmadi istehsalat personallarına texnoloji prosseslərlə bağlı təlimatların verilməsi.

Məhsulun təkmilləşdirilməsi:

  • Təklif olunan yeni növ məhsulların R&D managerdən təhvil alınması və bu məhsulların personalla öyrədilməsi və daim nəzarətdə saxlanılması.
  • Mağazalardan gələn şikayətləri araşdırır, lazımı texnoloji proseslərə müdaxilə edərək problemin aradaqn qaldırılması və istehsalat personallarının bu haqda təlimatlandırılması.

Keyfiyyət zəmanəti: 

  • Məhsulların tələb olunan daxili və ya dövlət standartlarına uyğun hazırlanması və eləcədə izləmə aparılması üçün lazımı sənədlərin yazılmasını təmin etmək.
  • Məhsulların dad, görünüş, tekstura və digər keyfiyyət göstəricilərinə uyğun istehsalını təmin etmək.
  • İstehsal zamanı sanitar-gigiyenik normaların və təhlükəsizlik qaydalarının gözlənilməsinə nəzarət etmək.

Vəzifə tələbləri:

Təhsil

  • Qida Sənayesi, kulinariya sənəti və ya əlaqəli sahələrdə təhsil arzuolunandır

İş Təcrübəsi

  • Qida sənayesində ən azı 3 il

Professional Bacarıq və Kompetensiyalar

  • Qənnadı məmulatlarını dərindən bilmək
  • Mükəmməl təşkilatçılıq və vaxt idarəetmə bacarıqları
  • Müxtəlif funksional qruplarla komanda şəklində işləmək bacarığı
  • Qida təhlükəsizliyi qaydaları və keyfiyyətə nəzarət prosesləri haqqında məlumat
  • Detallara diqqət etmə bacarığı

Qida istehsalı prosesləri, qida təhlükəsizliyi qaydaları və Sənaye meylləri haqqında dərin bilik

Məsuliyyət sahəsi:

  • Məhsulların günlük istehsalı.
  • Məhsulun təkmilləşdirilməsi.
  • Şikayətlərin araşdırılması və həlli.
  • Keyfiyyət zəmanəti.

Tabeliyində olan:

  • Çörəkçi, çörəkçi köməkçiləri, qənnadçı, qənnadçı köməkçiləri, sobaçı.

Müraciət qaydası:
Xahiş olunur, CV-nizi
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına və ya WhatsApp: (010) 253 08 81 nömrəsinə göndərin.

  • Daily7
  • Weekly616
  • Monthly2478