Bölmə aşpazı (Chef de Partie)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Bölmə aşpazı (Chef de Partie)

  • Deadline 15 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti:

  • İş Yeri: Emporium Cafe (Sea Breeze, Nardaran)
  • İş qrafiki: Növbəli iş qrafiki (dəyişən növbələr əsasında)

İş yeri haqqında məlumat:

Emporium Cafe keyfiyyətli xidmət, rahat atmosfer və fərqli dadları ilə insanların sevimli istirahət məkanlarından biridir. Kafemizdə müasir üslubda təqdim olunan qəhvə, desert və qəlyanaltılar müştərilərimizin gündəlik həyatına ilham qatır. Bizim əsas məqsədimiz – hər müştəriyə özünü dəyərli hiss etdirəcək davamlı və peşəkar bir təcrübə yaşatmaqdır.

Əsas məsuliyyətlər:

  • Stansiyanın bütün əməliyyatlarına rəhbərlik etmək – hazırlıqdan başlayaraq servisə qədər tam məsuliyyət daşımaq.
  • Demi Chef və Commis üzərində rəhbərlik etmək, onların peşəkar inkişafını təmin etmək və təlimlər keçmək.
  • Gündəlik və həftəlik hazırlıq siyahılarını tərtib etmək və onların vaxtında yerinə yetirilməsini təmin etmək.
  • Məhsulun keyfiyyətinə və görünüşünə nəzarət; porsiyaların düzgünlüyü, stansiya (isti və ya soyuq, anbar və ya soyuq otaq) yarımfabrikat və hazır məhsulların düzgünlüyünü təmin etmək.
  • Hazırlıq planlamasını Sous Chef ilə əməkdaşlıq edərək həyata keçirmək və təchizat ehtiyaclarını düzgün şəkildə bildirmək.
  • Mətbəx heyətinin peşəkar inkişafını dəstəkləmək və təcrübə mübadiləsi aparmaq.
  • Mətbəxdə səmərəli və koordinasiyalı əməliyyat axınını yaratmaq
  • Yeni menyu elementlərinin yaradılmasında və test mərhələsində aktiv iştirak etmək
  • Sanitar, təhlükəsizlik və HACCP prosedurlarının icrasına birbaşa nəzarət etmək

Axtarılan keyfiyyətlər:

  • Fine Dining və/ya Set Menü bilikləri, müasir texnikalara açıq yanaşma.
  • Kreativ düşüncə və məhsul təqdimatına estetik yanaşma.
  • Təşkilatçılıq və məsuliyyət hissi yüksək səviyyədə.
  • Komandanın bir hissəsi kimi düşünmək və performansa töhfə vermək.

Tələblər:

  • Orta və ya ali təhsil
  • Minimum 3–5 il A’la carte təcrübə və komandaya liderlik təcrübəsi

 Əlavə imkanlar:

  • Rəsmi əmək müqaviləsi
  • Nahar ilə təmin olunma
  • Nəqliyyat xərcinin qarşılanması
  • Peşəkar inkişaf və karyera yüksəlişi üçün təlim imkanları
  • Müasir və rahat iş mühiti

Müraciət qaydası:
Xahiş olunur, CV-nizi
Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya WhatsApp: (010) 253 08 81 nömrəsinə göndərin.

  • Daily0
  • Weekly0
  • Monthly1865