Sinteks Group of Companies Sinteks Group of Companies
  • 400

Ezamiyyə Koordinatoru

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Ezamiyyə Koordinatoru

  • Истекает 10 январь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət, üstün və orta qiymət seqmentinə aid ən yüksək keyfiyyət və prestijə sahib dünya brendləri və geniş istehlakçı kütləsinə xitab edən markaları təmsil edir.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu: Bu vəzifənin rolu partnyor şirkətlərin cədvəlinə uyğun olaraq işgüzar səfərləri təşkil etməkdir.

Vəzifə öhdəlikləri:

  • İşçilərin vizanın alınması üçün zəruri sənədlər toplayır və səfirliyə müraciət edir 
  • Ezamiyyətə gedən işçilərin aviabiletlərini rezervasiya edir 
  • Otellərin rezervasiyasını və ödənişini edir
  • Ezamiyyətə gedən işçilərin öncədən səfər marşrutunu ayarlayır və maliyyə şöbəsinə səfər üzrə məlumatları təqdim edir

Professional Biliklər:

  • Rezervasiya sistemləri
  • Viza alınması proseduru
  • İngilis dili yaxşı səviyyədə
  • MS Office Proqramları

Təhsil:

  • Ali təhsil
  • Rezervasiya sistemi üzrə sertifikat (əsas kurs)

İş təcrübəsi:

  • Viza alınması, biletlərin və otellərin rezervasiyası üzrə ən az 2 il təcrübə

Professional Bacarıq və Kompetensiyalar:

  • Təşkilatçılıq 
  • Danışıqların aparılması
  • Zamanın idarəolunması
  • Detallara diqqət
  • Problem həll etmə
  • Stressin idarəolunması

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Ezamiyyə Koordinatoru” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily83
  • Weekly483
  • Monthly1662