1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Yaradıcı və təsirli məzmun hazırlamağı bacaran, sözlərin gücü ilə insanlara təsir etməyi sevən bir copywriter axtarırıq! Əgər marketinq trendlərinə bələdsinizsə və sərbəst qrafikdə işləməyi üstün tutursunuzsa, bu elan sizin üçündür!
Tələblər:
- Azərbaycan, rus və ingilis dillərində səlis və kreativ yazı bacarığı
- Reklam, marketinq və brendinq sahəsində anlayış
- SEO əsaslarını bilmək üstünlükdür
- Müxtəlif üslub və formatlarda mətn yazmaq bacarığı (reklam sloqanları, sosial media postları, bloq yazıları və s.)
- Məsuliyyətli, deadline-lara uyğun işləmə bacarığı
Sizi Nə Gözləyir?
- Maraqlı və dinamik layihələr
- Sərbəst iş rejimi (freelance)
- Yaradıcı və dostyana əməkdaşlıq mühiti
Əgər bu tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi və nümunə işlərinizi aşağıda qeyd olunan mail ünvanına göndərin!
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Freelance Copywriter” qeyd edərək Müraciət Et butonunda yerləşən elektron poçt ünvanına göndərə bilərlər.