H&M Vizual Merçendayzinq üzrə Rəhbər – Regional (Azərbaycan və Mərkəzi Asiya)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

H&M Vizual Merçendayzinq üzrə Rəhbər – Regional (Azərbaycan və Mərkəzi Asiya)

  • Deadline 20 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş Yeri: Sinteks Şirkətlər Qrupu
İş qrafiki: 5 gün, iş saatı: 09:00-18:00

Vəzifənin təsviri:

  • H&M-in brend standartlarına uyğun olaraq ölkələr üzrə vizual merçendayzinq (VM) fəaliyyətlərini planlayır, əlaqələndirir və nəzarətdə saxlayır. Hər bir mağazada H&M-in vahid vizual dili və müştəri təcrübəsinin qorunmasını təmin edir. Qlobal VM təlimatlarını yerli icra üçün aydın tapşırıqlara çevirir, işlərin vaxtında tamamlanmasına nəzarət edir, foto-təsdiqlər və auditlər əsasında uyğunluğu yoxlayır və nəticələrə görə təkmilləşdirmə tədbirləri müəyyənləşdirir.

Vəzifə öhdəlikləri:

Standartların idarə olunması və nəzarət

  • H&M-in qlobal VM təlimatlarına əsaslanaraq regional VM briflərini hazırlamaq; tələbləri sadə, başadüşülən və tətbiq oluna bilən formada təqdim etmək, yerli mağaza formatına uyğunlaşdırmaq.
  • Vitrinlər, floorset-lər, stil qaydaları, sərgi/kommunikasiya elementləri, qiymət və POS qaydaları daxil olmaqla vahid VM Standartları Təlimatını hazırlamaq, saxlamaq və mütəmadi yeniləmək.
  • VM uyğunluq sistemini idarə etmək: foto-təsdiq prosesi, yoxlama siyahıları, aylıq auditlər və uyğunsuzluqlar üzrə korrektiv tədbir planları.

Aktivləşdirmə təqvimi və icranın təmin edilməsi

  • H&M-in regional aktivləşdirmə təqviminə (qlobal kampaniyalar, mövsümi floorset-lər, endirim dövrləri, qiymət və POS materialları) cavabdeh olmaq və təqvimi Satış, Marketinq, Allocation və Logistika komandaları ilə uyğunlaşdırmaq.
  • Vitrinlərin, floorset-lərin və qiymət/POS materiallarının tam və vaxtında tətbiqini təmin etmək; icraya mane olan səbəbləri operativ şəkildə aradan qaldırmaq (material çatışmazlığı, stok, avadanlıq və fixturlar).

Ölkə və mağaza komandalarının inkişafı (kouçinq)

  • Ölkə üzrə VM Menecerlərinə rəhbərlik etmək; mağaza VM komandalarını aydın tapşırıqlar, planogramlar və stil nümunələri ilə istiqamətləndirmək.
  • Praktik təlimlər keçmək: vitrin qurulması, denim/divar təqdimatı, manekenlərin geyimləndirilməsi, qiymət lövhələri, zonalaşdırma, müştəri axınının yönləndirilməsi.
  • Bacarıqların inkişafını sistemləşdirmək: rüblük qiymətləndirmələr aparmaq, inkişaf planları hazırlamaq, yeni açılışlar üçün ehtiyat kadr bazası formalaşdırmaq.

Yeni açılışlar və yenidənqurma layihələrinə dəstək

  • Yeni mağazalar və yenidənqurma layihələri üçün VM planı hazırlamaq: zonalaşdırma, fixtur siyahısı, vitrin tələbləri, açılışqabağı yoxlama siyahısı və 1-ci gün üçün floorset planı.
  • Açılışa hazırlığı təmin etmək (materiallar, manekenlər, işıqlandırma, formalar, POS) və mağazanın təhvil verilmədən əvvəl H&M standartlarına uyğun təqdim olunduğunu təsdiqləmək.

Çarpaz-funksional əməkdaşlıq

  • Merch/Allocation komandası ilə birlikdə əsas mövzuların mağazada düzgün təqdimatı üçün məhsul ehtiyatını və çeşid dərinliyini təmin etmək; Marketinq ilə kampaniya materiallarını və qiymət mətnlərinin hüquqi uyğunluğunu koordinasiya etmək; Tikinti/İstismar (Facilities) ilə mağaza avadanlıqları və işıqlandırma məsələlərini həll etmək; Loss Prevention ilə isə VM otaqlarının təhlükəsiz və səliqəli saxlanılmasını təmin etmək.
  • Ünsiyyəti sadə və aydın saxlamaq: bir səhifəlik briflər, vizual nümunələr və dəqiq son tarixlər.

Hesabatlılıq və davamlı təkmilləşdirmə

  • Həftəlik: vitrin və floorset icrası üzrə foto hesabatlar hazırlamaq, uyğunsuzluqları və görüləcək tədbirləri qeyd etmək.
  • Aylıq: ölkə və mağaza üzrə VM skor-kartları hazırlamaq; nəticələri satış göstəriciləri ilə əlaqələndirmək (əsas hekayələrin sell-through-u, UPT/ATV təsiri).
  • Hər aktivləşdirmədən sonra: qısa yekun rəy hazırlamaq — nə uğurlu oldu, növbəti dəfə nəyi daha yaxşı etmək lazımdır.

KPI-lar

  • VM uyğunluq göstəricisi (audit nəticələri və foto-təsdiq səviyyəsi).
  • Aktivləşdirmənin vaxtında icrası (OTIF %) — vitrin/floorset-lərin son tarixə qədər tətbiqi və materialların yerində olması.
  • Qiymət və POS qaydalarına uyğunluq faizi.
  • Mağaza açılışına hazırlıq faizi (VM elementlərinin tamlığı, 1-ci gün təsdiqi).
  • VM-in satışa təsiri: əsas hekayələrin ilk 2 həftədə sell-through-u; UPT/ATV-nin baza səviyyə ilə müqayisədə dəyişimi.
  • Təlim əhatəsi və bacarıq artımı (plan üzrə iştirak və qiymətləndirmə nəticələri).

Məsuliyyət sahələri

  • Standartların idarə olunması və nəzarət
  • Aktivləşdirmə təqvimi və icranın təmin edilməsi
  • Ölkə və mağaza komandalarının inkişafı
  • Açılışlar və yenidənqurma layihələrinə dəstək
  • Çarpaz-funksional əməkdaşlıq
  • Hesabatlılıq və davamlı təkmilləşdirmə

Vəzifə tələbləri:

İş təcrübəsi

  • Moda pərakəndəsində 5+ il VM təcrübəsi və çoxsaylı mağazalar üzrə idarəetmə; regional və ya çoxölkəli koordinasiya təcrübəsi üstünlükdür.
  • Komanda idarəçiliyi və kouçinq üzrə sübut olunmuş təcrübə (Ölkə/Sahə VM-ləri və mağaza VM komandaları ilə iş).
  • Mövsümi aktivləşdirmələr, endirim vitrini və yeni mağaza açılışlarında güclü icra nəticələri.

Peşəkar bacarıqlar və kompetensiyalar

  • Stil, zonalaşdırma, müştəri axını, fixtur planlaşdırılması və qiymət kommunikasiya üzrə güclü bilik.
  • Planlama və icraya nəzarət bacarığı; yoxlama siyahıları və foto-təsdiq prosesi ilə rahat işləmək.
  • Aydın yazılı və vizual kommunikasiya; təlimatları icra edilə bilən tapşırıqlara çevirmək.
  • Merchendayzinq/allokasiya asılılıqları və mağaza əməliyyatları barədə praktiki anlayış.
  • MS Office/Slides üzrə səriştə; sadə hesabat və vizual foto-icmal hazırlamaq bacarığı.

Müraciət qaydası:
Xahiş olunur, CV-nizi
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin. 

  • Daily0
  • Weekly577
  • Monthly1873