Sinteks Şirkətlər Qrupu “İşə qəbul üzrə kiçik administrator”axtarır!
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
- Bu başlanğıc səviyyəli vəzifə işə qəbul funksiyasına inzibati dəstək göstərir. Buraya vakansiyaların yerləşdirilməsi, namizədlərlə ünsiyyət, müsahibələrin planlaşdırılması və işə qəbul sənədlərinin idarə olunması daxildir.
Vəzifə öhdəlikləri:
- İş elanlarının paylaşılmasında köməklik göstərilməsi
- Müəyyənləşdirilmiş kriteriyalar əsasında ilkin CV seçimi prosesinin həyata keçirilməsi
- Müsahibələri planlaşdırılması və namizədlərə təsdiqlərin göndərilməsi
- Namizədlərin statusunun ERP sistemində yenilənməsi
- Sənədlərin və ya təsdiqlərin təqdim olunması üçün namizədlərlə əlaqə yaradılması
- İşə qəbul tədbirlərində iştirak edilməsi (Təcrübə proqramları, Karyera sərgiləri və s.)
- Sosial media üzərində karyera səhifələrinin idarə olunması
Təhsil:
- Ali təhsil
İş təcrübəsi:
- İR sahəsində təcrübə (Təcrübə proqramı, yarımştat) üstünlük sayılır
Professional Biliklər:
- Rus və İngilis dillərində orta səviyyəli bilik
- MS Office
Professional bacarıq və kompetensiyalar:
- Ünsiyyət bacarıqları
- Detallara diqqət və nəticə yönumlülük
- Zamanın idarəolunması
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İşə qəbul üzrə kiçik administrator” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.