İş Yeri: Boxça Lab (Mərdəkan q.)
İş qrafiki: 6 gün, iş saatı 09:00 -18:00
Bu vəzifənin rolu istehsal olunan bütün növ məhsulların keyfiyyət standartlarına cavab verməsinə nəzarət etmək.
Öhdəlikləri:
- İstehsalatda HACCP sistemin qurulması, işlənilməsi və izlənilməsində yaxından iştirak etməli.
- Xammalın qəbulu zamanı xammal qəbulu proseduruna uyğun xammal və qablaşdırma məhsullarının qəbulunu təmin etmək.
- Personal və istehsal sahəsində günlük sanitar audit keçirib nəticələri barədə İstehsalat rəhbərinə hesabat vermək.
- İstehsal olunan məhsulların keyfiyyət və prosses göstəricilərini daim nəzarətdə saxlamaq.
- Hər bir məhsulun təyin olunmuş keyfiyyət göstəricilərindən kənarlaşması halında prossesdən kənarlaşdırıb rəhbərliyə məlumat vermək.
- Məhsulun hazırlanma prosesində istifadə olunan xammalın keyfiyyət göstərcilərinin formalaşmasında iştirak etmək və müvafiq təkliflər vermək;
- Xammal, yarımməhsul, hazır məhsul və laboratoriya ölçmlələrinə dair tələblər formalaşdırmaq və tələblərə riayət edilməsinə nəzarət etmək;
- İstehsal mərhələlərini əhatə edən hesabatlılıq formasını yaratmaq və daimi işlək vəziyyətə saxlanılmasını təmin etmək;
- İstehsalat prossesində müəyyən olunmuş Kritik Nəzarət Nöqtələrinin təyini və təyin olunmuş nöqtələrə limitlərin təyini və izlənilməsini həyata keçirmək.
- İstehsal olunan məhsul və ya qəbul edilən xammalların mütəmadi kənar laboratoriyalarda fiziki-kimyəvi və mikrobioloji analizlərin aparılmasını təmin etmək.
- İstehsalat sahəsi və istehsal olunan məhsulların dövlət qida təhlükəsizliyi haqda qanunun tələblərinə uyğun bütün növ sənədlərin hazırlanması.
- İstehsalata personalına mütəmadi olaraq qida təhlükəsizliyi və sanitar- gigyena qaydalarına dair təlimlərin verilməsini həyata keçirmək.
Vəzifə tələbləri:
- Ali təhsil (Kimya, Qida mühəndisliyi, Mexanika, Avtomatika və.s );
- Qida istehsalı sahəsində, xüsusilə də şirniyyat sahəsində 1 il təcrübə.
- Qidaya dair HACCP və ya İSO 22000 sertifikatının olunması arzuolunandır;
Müraciət qaydası:
Xahiş olunur, CV-nizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya WhatsApp: (010) 253 08 81 nömrəsinə göndərin.