Kiçik Aşpaz (Commis Chef)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kiçik Aşpaz (Commis Chef)

  • Deadline 15 Sentyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti:

  • İş Yeri: Emporium Cafe (Sea Breeze, Nardaran)
  • İş qrafiki: Növbəli iş qrafiki (dəyişən növbələr əsasında)

İş yeri haqqında məlumat:

Emporium Cafe keyfiyyətli xidmət, rahat atmosfer və fərqli dadları ilə insanların sevimli istirahət məkanlarından biridir. Kafemizdə müasir üslubda təqdim olunan qəhvə, desert və qəlyanaltılar müştərilərimizin gündəlik həyatına ilham qatır. Bizim əsas məqsədimiz – hər müştəriyə özünü dəyərli hiss etdirəcək davamlı və peşəkar bir təcrübə yaşatmaqdır.

Əsas məsuliyyətlər:

  • Stansiya üzrə (soyuq, isti) gündəlik “mise en place” hazırlıqlarını vaxtında və dəqiq şəkildə yerinə yetirmək
  • Məhsulların təmizlənməsi, doğranması, çeşidlənməsi və əvvəlcədən hazırlanması proseslərində iştirak etmək
  • Demi Chef və CDP tərəfindən verilən təlimatlara tam riayət etmək, daxili kommunikasiyanı düzgün aparmaq və keyfiyyəti təmin etmək
  • Sənaye avadanlıqları (bıçaqlar, doğrayıcılar, blendrlər və s.) ilə təhlükəsiz və düzgün şəkildə işləmək
  • Hazır məhsulların və quru anbarın düzgün saxlanılması və FIFO qaydasına uyğun etiketlənməsi
  • Sanitariya və təhlükəsizlik standartlarına uyğun işləmək
  • İş günü sonunda stansiyanı səliqəli və təmiz vəziyyətdə təhvil vermək
  • Reseptlərə və texniki kartlara tam uyğun məhsul hazırlamaq
  • Təyinat verilmiş stansiyalarda olan sifarişlərin standart əməliyyat proseduruna uyğun təqdim olunması

Axtarılan keyfiyyətlər:

  • Dəqiq, təmizkar və məsuliyyətli olmaq
  • Yeni texnikaları öyrənməyə və inkişaf etməyə açıq olmaq
  • Komandanın bir hissəsi kimi düşünmək və performansa töhfə vermək

Tələblər:

  • Orta və ya ali təhsil
  • Minimum 1–2 il A'la carte mətbəx təcrübəsi

Əlavə imkanlar:

  • Rəsmi əmək müqaviləsi
  • Nahar ilə təmin olunma
  • Nəqliyyat xərcinin qarşılanması
  • Peşəkar inkişaf və karyera yüksəlişi üçün təlim imkanları
  • Müasir və rahat iş mühiti

Müraciət qaydası:
Xahiş olunur, CV-nizi
Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya WhatsApp: (010) 253 08 81 nömrəsinə göndərin.

  • Daily0
  • Weekly139
  • Monthly1418