Sinteks Group of Companies Sinteks Group of Companies
  • 601

Mağaza Meneceri (DEICHMANN)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mağaza Meneceri (DEICHMANN)

  • Deadline 17 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

DEICHMANN tezliklə Azərbaycanda!

Avropanın ən böyük ayaqqabı pərakəndə satış şəbəkəsi olan “Deichmann” artıq Azərbaycanda fəaliyyətə başlayır! Yüz ildən çox tarixi olan bu məşhur Alman multibrendi sizə yüksək keyfiyyətli məhsulları, münasib qiymətləri və digər dünya brendlərini – Nike, Adidas, Puma, Fila brendlərini təqdim edəcək.

Əgər sən də beynəlxalq bir brendin tərkibində dinamik və inkişafyönümlü komandada “Mağaza Meneceri” vəzifəsində çalışmaq istəyirsənsə, CV-ni bizə göndər!

Vəzifə öhdəlikləri:

  • Mağazanın və satış nümayəndələrinin aylıq satış hədəflərinə çatmasını təmin edir.
  • Brendin standartlarına uyğun məhsulların sərgilənməsini təşkil edir.
  • Anbardan satış zalına satılan malların əvəzlənməsini təşkil edir.
  • Mağazada işçi heyətinin müvafiq sayda və keyfiyyətdə olmasını təmin edir.
  • İşçilərin xarici görünüşünün qaydalara uyğun olmasını təmin edir (uniforma, saç, makiyaj, səliqə).
  • Mağazaya pos-materialları sifariş edir.
  • Yeni işçi heyəti üçün işə giriş təlimatını təqdim edir.
  • Mağazaya malların qəbulunun həyata keçirilməsini təşkil edir.
  • Mağazanın iş qrafiki ilə işləməsini təmin edir.
  • Mağazada olan nasazlıqları müəyyən edir və aradan qaldırılmasını təmin edir.
  • Mağazada təmizlik işlərinə nəzarət edir.
  • Qaydalara uyğun olaraq mağazanın giriş və çıxışında işçilərin yoxlanılmasını təşkil edir.
  • Mağaza işçilərinə məhsullar üzrə təlimlər təşkil edir.
  • Şirkətin əmlakının qorunub saxlanılmasını təmin edir və oğurluq halları barədə rəhbərinə məlumat verir.

Professional biliklər:

  • MS Office proqramlarında sərbəst işləmək
  • Satışın təşkili
  • Azərbaycan dili, Rus dili yaxşı səviyyədə

Professional bacarıqlar:

  • İdarəetmə bacarıqları
  • Liderlik
  • Təşkilatçılıq
  • Ünsiyyət bacarıqları
  • Vaxtın idarəolunması
  • Problem həll etmə
  • Stressə davamlılıq

Təhsil:

  • Orta təhsil (Ali təhsil arzuolunandır)

İş təcrübəsi:

  • Pərakəndə satış sektorunda ayaqqabı və aksesuar sahəsində ən az 4 il iş təcrübəsi
  • İdarəetmə sahəsində ən az 2 il iş təcrübəsi

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza Meneceri” qeyd edərək Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily139
  • Weekly272
  • Monthly2198