Sinteks Group of Companies Sinteks Group of Companies
  • 571

Mağaza Meneceri (Emporium Jewellery)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Mağaza Meneceri (Emporium Jewellery)

  • Истекает 1 июнь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu: Bu vəzifənin rolu mağazada məhsulların alışını və satışını təşkil etməkdir.

Vəzifə öhdəlikləri:

  • Kommersiya və Qeyri-kommersiya məhsulları üzrə sifariş yerləşdirmək.
  • Brend standartlarına uyğun olaraq mağazada məhsulların yerləşdirilməsini təşkil etmək.
  • Mağazanın və satış nümayəndələrinin aylıq satış hədəflərinin yerinə yetirilməsini təmin etmək.
  • VIP satışların həyata keçirilməsi.
  • Müştəri bazasının potensialının böyüməsini və istifadəsini təmin etmək.
  • Müştəri xidməti standartlarına riayət olunmasına nəzarət etmək.
  • Satış heyətinin iş qrafikini hazırlamaq və ona nəzarət etmək.
  • Yeni işçilərin adaptasiyasının keçirilməsi (iş qrafiki, komanda üzvləri, mağazanın daxili qaydaları, dress kodlar, həmçinin mağazada mövcud olan məhsulların ölçüləri, tərkibi və qiymətləri, məhsulların anbarda yerləşdiyi yer və saxlama qaydaları).
  • Mağazanın vaxtında açılıb bağlanmasını təmin etmək.
  • Mağazanın müştərilərin qəbulu üçün hazırlanmasını təşkil etmək
  • Mağazada olan nöqsanların müəyyənləşdirilməsi və aradan qaldırılması üçün tədbirlərin görülməsi.
  • Mağazada gigiyena, təhlükəsizlik və nizam-intizama riayət olunmasını təmin etmək.
  • Şirkət əmlakının təhlükəsizliyinin təmin edilməsi, pozuntular aşkar edildikdə dərhal rəhbərliyə məlumat verilməsi.
  • Mağazada malları qəbul etmək və yoxlamalarda iştirak etmək.
  • Mağazada mövcud olan malların və inventarların saxlanmasına və hərəkətinə nəzarət etmək.
  • “Satış texnikası” və “Müştəri xidməti” mövzusunda təlimlərin keçirilməsi.
  • Mağaza işçiləri üçün məhsul təlimi keçirilməsi.
  • Satış təmsilçilərinin anbar qalıqlarını mükəmməl bilməsi üçün gündəlik işin aparılması.

Təhsil:

  • Ali təhsil arzuolunandır

Təcrübə:

  • Müvafiq satış sahəsində ən az 4 il iş təcrübəsi
  • İdarəetmə sahəsində ən az 2 il təcrübə
  • Sifariş etmə təcrübəsi
  • Bonus sistemi ilə işləmə təcrübəsi

Professional biliklər:

  • Müştəri Xidmətləri
  • Satış Texnikası
  • Merçendayzinq qaydaları
  • İngilis dili yaxşı səviyyədə
  • MS Office Proqramları

Professional bacarıqlar və kompetensiyalar: 

  • İdarəetmə bacarığı
  • Liderlik
  • Təşkilatçılıq
  • Satış bacarıqları 
  • Müsahibə aparmaq bacarığı
  • Təlim keçmə bacarığı
  • Ünsiyyət bacarıqları
  • Zamanın idarəolunması
  • Problem həll etmə
  • Stressə davamlılıq

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza Meneceri (Emporium Jewellery)” qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily76
  • Weekly76
  • Monthly284