1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
Bu vəzifədə olan şəxs məhsul geri dönüşünü yaratmaq və idarə etmək, İstifadəçi Qəbul Testlərini (UAT) həyata keçirmək, layihə büdcəsini idarə etmək, düzgün hesabatlarla təmin etmək və tərəfdaşlarla əməkdaşlıq etməkdə cavabdehdir.
Vəzifə öhdəlikləri:
- Yığılmış və ya tamamlanmamış məhsulları idarə etmək üçün ətraflı təhlillər aparmaq, maketlər və proses diaqramları yaratmaq, həll edilməli məsələləri prioritetləşdirərək backlog-u idarə etmək.
- Proseslərin vaxtında, büdcə və keyfiyyət standartlarına uyğun tamamlanmasını təmin etmək, ətraflı fəaliyyət planları və büdcələr hazırlamaq, resursları effektiv şəkildə idarə etmək.
- Həllərin uğurlu tətbiqini təmin etmək üçün İstifadəçi Qəbul Testlərini (UAT) və unit testləri həyata keçirmək, dəyişiklikləri idarə etmək, riskləri qiymətləndirmək və problemsiz buraxılış təmin etmək.
- İT və digər aidiyyəti şöbələrlə sıx əməkdaşlıq edərək uğurlu nəticələr əldə etmək.
- Gedişat, proqres, xərclər və əldə edilən üstünlüklər barədə yüksək rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
- Öhdəlikləri və xərcləri proqnozlaşdırmaq, izləmək və idarə etmək, plandan hər hansı yayınmaları müəyyən edərək lazımi tövsiyələr vermək.
- Şirkətə xidmət göstərən şirkətxarici komandaları idarə etmək, onları yönləndirmək və motivasiya etmək.
Professional biliklər:
- Prosses və Layihə İdarəetmə Vasitələri; Lucidchart, MS Project, MS Visio, JIRA və s.
- Marketinq büdcələri haqda anlayış
- MS Office proqramları (xüsusilə yaxşı səviyyədə Excel)
Təhsil:
- Sənaye, İdarəetmə, Proqram Təminatı, İnformasiya Sistemləri, İdarəetmə Məlumat Sistemləri, Mühəndislik fakültələrindən birindən məzun olması üstünlükdür.
İş təcrübəsi:
- E-Ticarət sahəsində minimum 2 il Məhsul sahibi (Product owner) olaraq təcrübə
- Proqram təminatçılarının və dizaynerlərin komandalarını idarə etmək təcrübəsi
- Rəqəmsal məhsul və xidmətlərin inkişaf, çatdırılması sahəsində liderlik etmə təcrübəsi
- Sprint planlamasını və gündəlik stend-up-ları asanlaşdırmaq təcrübəsi
Professional bacarıq və səriştələr:
- Azərbaycan dilində səlis danışıq və ikinci dil kimi rus dilini yaxşı səviyyədə bilmək
- Güclü analitik bacarıqlara malik olmaq, rəqəmlərdən və hesabatlardan kommersiya nəticələrini şərh etmək və fəaliyyət planı yaratmaq bacarığına malik olmaq.
- Veb analitika alətləri (Google Analytics, Looker Studio, Amplitude, Yandex Metrica və s.)
- Əvvəllər layihənin idarə edilməsində aktiv rol almış və PMP sertifikatına malik olanlara üstünlük verilir
- Agile və Waterfall prosesləri haqqında biliklər
- Prosses sahibləri ilə birlikdə biznes proseslərini təhlil etmək, araşdırmalar aparmaq və proseslərdə müəyyən edilmiş təkmilləşdirmə sahələrini və inkişafları izləmək.
- Güclü problem həll etmə və ünsiyyət bacarıqları, həll yönümlü və komanda işinə meyilli
- Təkmil planlaşdırma, iş təqibi, təşkilatçılıq və hesabat vermə bacarıqlarını öyrənməyə açıq
- Yaxşı ünsiyyət bacarıqlarına, güclü insan münasibətlərinə, fəal və yüksək təşəbbüskarlıq qabiliyyətinə malik olmaq
- Nəticə yönümlü və təfərrüat yönümlü olmaq
- Güclü analiz qabiliyyəti, yüksək planlaşdırma bacarığının olması
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Məhsul sahibi (Product owner, E-commerce)” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.