1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət, üstün və orta qiymət seqmentinə aid ən yüksək keyfiyyət və prestijə sahib dünya brendləri və geniş istehlakçı kütləsinə xitab edən markaları təmsil edir.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
- Bu vəzifənin rolu sifarişi edilmiş məhsullar haqda məlumatları bazaya daxil etməkdən ibarətdir.
Vəzifə öhdəlikləri:
- Sifariş edilən məhsullar üzrə məlumatları əldə edir və cədvəldə qeydiyyatını Sifariş edilən məhsullar üzrə məlumatları əldə edir və sistemə daxil edir
- İdxal olunacaq məhsullara dair məlumatları əldə edir, sistemə daxil edir və Logistika şöbəsini məlumatlandırır.
- Təsdiqlənmiş Qiymət Əmsalını (MarkUp) idxal olunan məhsullara tətbiq edir və təsdiqlənmiş məzənnəyə uyğun satış qiymətini formalaşdırır.
- Qiymətlərin dəyişdirilməsi qaydası
- Məlumatlar bazasında məlumatı yeniləyir.
Professional Biliklər:
- MS Office Programları (xüsusən Excel)
- İngilis dili (arzuolunandır)
Məsuliyyət sahəsi:
- Sifarişlər və çatdırılma sənədləri və məlumatları
- Qiymət əmsalı (MarkUp) və valyuta məzənnəsi
Təhsil:
- Ali təhsil (İqtisadiyyat və ya Maliyyə ixtisaslarına üstünlük verilir)
İş təcrübəsi:
- Ən az 1 il iş təcrübəsi
- Operator kimi və ya Məlumatların Daxil Edilməsi sahəsində təcrübəyə üstünlük verilir.
Professional bacarıq və kompetensiyalar:
- Detal və nəticə yönümlü
- Analitik bacarıqlar
- Komanda işi
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Məlumatların daxil edilməsi üzrə administrator” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.