Sinteks Şirkətlər Qrupu “Mühasib (Əsas vəsait və mal-material uçotu üzrə)”axtarır!
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
- Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və azqiymətli əşyalarının uçotu üzrə mühasibin (“mühasib”) rolu: mühasibat uçotu və nəzarətin mütərəqqi forma və metodlarından istifadə etməklə əsas vəsaitlərin və digər maddi qiymətlilərin uçotunun səmərəli təşkilinin təmin edilməsi.
Vəzifə öhdəlikləri:
- Əsas vəsaitlər, qeyri-maddi aktivlər və azqiymətli əşyaların ERP sistemdə ilkin uçota alınması, istismara verilməsi, silinməsi, yerdəyişməsi, amortizasiya siyasətinə uyğun olaraq amortizasiya metodlarının tətbiq edilməsi
- İnventarizasiya nəticələrini ERP sistemdə əks etdirməsi
- İcarə haqqı xərclərinin sifarişlərinin ERP sistemə daxil edilməsi
- ERP sistemə yeni xidmət nomenklaturalarının əlavə edilməsi
- Əsas vəsaitlər, qeyri-maddi aktivlər və azqiymətli əşyalarla bağlı hesabatların təqdim edilməsi
Təhsil:
- İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarəedilməsi üzrə Ali təhsil
İş təcrübəsi:
- Maliyyə vəya Mühasibatlıq sahəsində 2 ildən çox iş təcrübəsi
Professional Biliklər:
- Maliyyə uçotu
- 1C programı
- MS Office (Excel)
Professional bacarıq və kompetensiyalar:
- Detallara diqqət
- Zamanın idarəolunması
- Analitik düşüncə
- Məsuliyyət
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasib (Əsas vəsait və mal-material uçotu üzrə)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.