Sinteks Şirkətlər Qrupu “Müqavilələr üzrə Kiçik Hüquqşünas” axtarır!
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu: Bu vəzifənin rolu Biznesin İnkişafı Departamentinin yeni müqavilələrin bağlanması və cari müqavilələrin yenilənməsində köməklik etməkdir.
Vəzifə öhdəlikləri:
- Biznes İnkişafı Departamentin fəaliyyətinə aid müqavilələrin hazırlanması, yoxlanılması və imzalanmasında köməklik edir
- Kommersiya Müqavilələr üzrə yenilənmə, xitam, şərtlərin dəyişilməsi və diqər işlərin icra edilməsində köməklik edir
- Departament rəhbəri və tərəfdaşların sorğusuna əsasən hüquqi təhlil aparır və nəticəsini təqdim edir
Məsuliyyət sahəsi:
- Kommersiya müqavilələri
Professional biliklər:
- Müqavilə, korporativ və kommersiya qanunvericiliyi
- İngilis dili yüksək səviyyədə
- MS Office proqramları
Təhsil:
- Hüquq üzrə ali təhsil
İş təcrübəsi:
- Müqavilə hüququ ilə əlaqəli sahələrdə 1 il tərcübəsi arzu olunandı
Professional Bacarıq və Kompetensiyalar:
- Biznes kommunikasiyası
- Təşkilati bacarıqlar
- Detal yönümlülük
- Vaxtın idarə edilməsi
- Nəticə yönümlülük
- Proaktiv düşünmə
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Müqavilələr üzrə Kiçik Hüquqşünas” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.