1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal-hazırda Satış Təmsilçisi (Emporium, Michael Kors, Emporio Armani) tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu:
- Bu vəzifənin rolu satışı həyata keçirmək və müştəri bazasını inkişaf etdirməkdir.
Vəzifə öhdəlikləri:
- Müəyyən edilmiş satış planını yerinə yetirir.
- "Total look" satış ideyasını tətbiq edir.
- Müştəri bazasının potensialını artırır və istifadə edir.
- Müştəri xidməti standartına uyğun xidmət göstərir.
- Anbarda olan məhsul çeşidini mükəmməl bilməlidir.
Əsas tələblər:
Təhsil:
- Xüsusi təhsil tələb olunmur, Ali təhsil arzuolunandır
Təcrübə:
- Müvafiq satış sahəsində ən azı 1 il iş təcrübəsi
Professional biliklər:
- Xüsusi bilik tələb olunmur
Professional bacarıqlar və kompetensiyalar:
- Ünsiyyət bacarıqları
- Satış bacarıqları
- Stressə davamlılıq
- Məsuliyyət
- Məqsədyönlülük
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Təmsilçisi” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.