Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin rolu: Bu vəzifənin rolu mağazada satışı həyata keçirmək və ticarət salonunda müştərilərə xidmət göstərməkdir.
Vəzifə öhdəlikləri:
- Ticarət salonunda müştərilərə xidmət göstərmək.
- Ticarət salonunda malların çeşidlərinin və ölçülərinin mövcudluğunu təşkil etmək.
- Mağaza meneceri tərəfindən müəyyən edilmiş hədəfi yerinə yetirmək.
- Bölmənin təmizliyinə və səliqəsinə diqqət etmək.
- Şirkətə məxsus əmlakların qorunub saxlanmasını təmin etmək, oğurluq və ya itki təhlükəsi olduğu halda birbaşa rəhbəri məlumatlandırmaq.
Təhsil:
- Xüsusi təhsil tələb olunmur, Ali təhsil arzuolunandır
Təcrübə:
- Pərakəndə satış sahəsində ən azı 6 ay iş təcrübəsi arzuolunandır
Professional biliklər:
- Xüsusi bilik tələb olunmur
Professional bacarıqlar və kompetensiyalar:
- Ünsiyyət bacarıqları
- Kollektivdə işləmə bacarığı
- Stressə davamlılıq
- Məsuliyyət
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış təmsilçisi (New Yorker, NEXT, Mango, OXXO, Terranova, Calliope)” qeyd edərək Müraciət et butonunda qeyd edilən elektron poçt ünvanına göndərə bilərlər.