İş şəraiti
- Şirkət: Sinteks Şirkətlər Qrupuna daxil olan FBCO MMC
- İş Yeri: Emporium Café (Sea Breeze, Nardaran)
- İş qrafiki: Növbəli iş qrafiki (dəyişən növbələr əsasında)
- Əmək haqqı: 650 net
Əsas vəzifələr və öhdəliklər
- Kafe və restoranın bütün sahələrinin (zal, mətbəx, back zone, sanitar qovşaqlar, dəhlizlər, anbar və s.) gündəlik təmizlənməsi və səliqədə saxlanılması.
- Zal masalarının, stullarının, döşəmənin, pəncərə və qapıların təmizliyi və dezinfeksiyası.
- Mətbəxdə istifadə olunan səthlərin, soyuducuların, rəflərin və avadanlıqların təmizliyi və sanitariya qaydalarına uyğun saxlanılması.
- Cold room, anbar və işçi otaqlarının təmizliyinə nəzarət.
- Sanitar qovşaqların (tualet, əl yuma yerləri) mütəmadi olaraq təmizlənməsi, sabun və kağız ehtiyatlarının təmin edilməsi.
- Zibil qutularının vaxtında boşaldılması və ərazilərin qoxusuz saxlanılması.
- Qabların və inventarın yuyulması (zəruri hallarda dishwasher ilə işləmə).
- Təmizlik üçün istifadə olunan bütün avadanlıqların (mop, vedrə, tozsoran və s.) təmiz və işlək vəziyyətdə saxlanılması.
- Kimyəvi təmizlik vasitələrindən düzgün və təhlükəsiz istifadə olunması, onların ayrıca saxlanılması.
- İş saatı ərzində kafe daxilində təmizlik standartlarına daimi nəzarət.
- Menecerin verdiyi əlavə təmizlik tapşırıqlarının vaxtında yerinə yetirilməsi.
Tələblər
- Səliqəli, məsuliyyətli və diqqətli olmaq.
- Gigiyena və sanitariya qaydalarını bilmək və əməl etmək.
- Fiziki dözümlülük, uzun müddət ayaq üstə işləmək bacarığı.
- Komanda ilə işləmə bacarığı, ofisiant və digər işçilərlə koordinasiya.
- Təmizlik avadanlıqları və vasitələri ilə işləməyi bacarmaq.
- Xidmət və ya təmizlik sahəsində əvvəlki iş təcrübəsi üstünlükdür.
Cavabdehliklər
- Təmizlənmiş ərazilərin gigiyena və təhlükəsizlik standartlarına cavab verməsi.
- Qonaqlara və əməkdaşlara komfortlu və səliqəli mühitin təmin olunması.
- Əlavə məsrəflərin və zədələnmələrin qarşısının alınması.
İş şəraiti
- Birbaşa hesabat verir: Administrator / Menecerə.
- Forma və qoruyucu vasitələrin geyilməsi mütləqdir.
Müraciət qaydası:
- Xahiş olunur, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya WhatsApp: (010) 253 08 81 nömrəsinə göndərin.