Xəzinədar (H&M)

  • Deadline 8 June 2026

İş Yeri: Sinteks LLC

Lokasiya: Bakı, Azərbaycan

Vəzifənin təsviri

  • Bu vəzifənin məqsədi mağazada kassa əməliyyatlarını idarə etmək, maliyyə hesabatlarının dəqiq aparılmasını təmin etmək və kassa sahəsində komandaya təlim və dəstək göstərməkdir.

Öhdəliklər:

  • Kassa əməliyyatları və maliyyə nəzarəti:
  • Kassa əməliyyatlarını həyata keçirir.
  • Bütün kassa masalarının gündəlik açılış və bağlanış prosedurlarını icra edir.
  • Yekun hesabat (EOD) hazırlayır və daxil olan nəğd pulun qorunmasını təmin edir.
  • Satışdan daxil olan nəğd pul vəsaitini inkassasiya edir və POS-terminal qəbzlərini İtkinlərin Qarşısının Alınması şöbəsinə təhvil verir.
  • Hesabın üzləşdirilməsini aparır — bütün pul hesablarının gündəlik yoxlanması və düzəlişi.
  • Kassa fərqlərini araşdırır, işçilər və rəhbərliklə birgə təqib edir.
  • Pul daşınması və xurd pul sifarişi daxil olmaqla bütün pul idarəetmə prosedurlarının icrasını təmin edir.
  • Təhlükəsizlik qaydalarına uyğun olaraq kassa sahəsində bütün təhlükəsizlik prosedurlarını icra edir.

Avadanlıq və inzibati işlər:

  • Kassa aparatlarının və kassada olan digər avadanlıqların düzgün işləməsinə nəzarət edir; yaranan nasazlıqlar barədə rəhbərliyə məlumat verir.
  • Texniki problemlər zamanı işçilərə dəstək göstərir və IT/texniki xidmət şöbəsi ilə əlaqə saxlayır.
  • Ofis və kassa ləvazimatlarını sifariş edir və ehtiyatların yetərliliyini təmin edir.
  • Kassa otağının səliqəli, mütəşəkkil və səmərəli iş şəraitində olmasını təmin edir.
  • Açar idarəetməsinin və sənədləşdirmənin şirkət qaydalarına uyğun aparılmasını təmin edir.
  • Endirim və mal köçürmə əməliyyatlarının düzgün qeydə alınmasını yoxlayır.
  • Zədələnmiş malları yoxlayır və müvafiq qaydada rəsmiləşdirir.

Satış zalı dəstəyi:

  • Lazım olduqda satış zalında yüksək keyfiyyətli müştəri xidmətinin göstərilməsinə dəstək verir.
  • Soyunma otaqları, kassa sahəsi və arxa hissənin təmiz və səliqəli olmasına nəzarət edir.
  • Kassada satış, qaytarma və dəyişdirmə əməliyyatlarının düzgün icra olunmasını təmin edir.

Tələblər:

  • Təşkilatçılıq — metodiki və mütəşəkkil iş tərzi.
  • Ünsiyyət — komanda ilə effektiv əlaqə və məlumat mübadiləsi.
  • Problem həll etmə — həllyönümlü düşüncə və çeviklik.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly668
  • Monthly801