Sinteks Group of Companies Sinteks Group of Companies
  • 786

Xəzinədarlıq üzrə Mütəxəssis (Xarici ödənişlər üzrə)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Xəzinədarlıq üzrə Mütəxəssis (Xarici ödənişlər üzrə)

  • Истекает 20 декабрь 2024
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Xəzinədarlıq üzrə Mütəxəssis (Xarici ödənişlər üzrə) tələb olunur.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

Xəzinədarlıq üzrə mütəxəssis müəssisə tərəfindən həyata keçirilən xarici valyuta ilə bank əməliyyatlarının həyata keçirilməsi, eyni zamanda mühasibat uçotu proqramında düzgün əks etdirilməsini, operativ məlumatların təqdim edilməsini icra edir.

Vəzifə öhdəlikləri:

  • Xarici köçürmə ödənişlərini həyata keçirilməsi (Xarici əməkdaşlar tərəfindən təsdiq edilmiş və təqdim edilən sənədlər üzrə ödəniş prosesinin mühasibatlıq proqramı üzərindən internet bank vasitəsilə icra edilməsi)
  • Logistika ödənişlərini mühasibatlıq proqramına daxil edilməsi
  • Logistika ödənişləri üzrə məbləğlərin  bank çıxarışlarında və mühasibatlıq proqramında qeyd olunan rəqəmlərlə  yoxlanılması və hesabat aparılması
  • Bank hesablarının mühasibat proqramı üzərindən üzləşməsinin həyata keçirilməsi
  • Xarici valyutalar üzrə bank ödənişləri ilə bağlı hesabatların hazırlanması və ayın bağlanması prosesində iştirak etməsi
  • Xarici valyutalar üzrə bank ödənişlərini ERP də əks etdirilməsi

Təhsil:

  • İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarəedilməsi sahəsində Ali təhsil

Təcrübə:

  • Maliyyə və Mühasibat sahəsində 1 ildən çox təcrübə

Professional biliklər:

  • Maliyyə uçotu
  • İngilis dili yaxşı səviyyədə
  • 1C programı
  • MS Office Proqramları

Professional bacarıqlar və kompetensiyalar: 

  • Detallara diqqət
  • Zamanın idarəolunması
  • Analitik düşüncə
  • Məsuliyyət

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Xəzinədarlıq üzrə Mütəxəssis (Xarici ödənişlər üzrə)” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily19
  • Weekly547
  • Monthly2190