Vəzifə Öhdəlikləri:
- Müəyyən olunmuş marşrut üzrə HoReCa nöqtələrini (otel, restoran, kafe, şadlıq sarayı və catering şirkətləri) müntəzəm ziyaret etmək, satış hədəflərini icra etmək və sifarişləri qəbul etmək;
- Şəhər və ərazi üzrə yeni açılan və ya mövcud HoReCa obyektlərini aşkar etmək,
- Təhvil verilmiş soyuducu, stend və digər brendinq/xidmət avadanlıqlarının düzgün istifadəsinə, vizual standarta və məhsulların düzgün təqdimatına nəzarət etmək;
- Satış sonrası çatdırılma prosesini, ödəniş şərtlərini debitor borcların (hesablaşmaların) vaxtında yığılmasını tənzimləmək; müştəridəki stok ehtiyacını dəqiq planlaşdırmaq.
Əsas tələblər:
- Təcrübə: FMCG / HoReCa (otel, restoran, kafe) sektorunda satış təmsilçisi kimi minimum 1 il iş təcrübəsi;
- Sürücülük: B kateqoriyalı sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması mütləqdir;
- Dil bilikləri: Azərbaycan dili – səlis
- Proqram bilikləri: MS Office (Word, Excel – başlanğıc/orta səviyyə).
Fərdi keyfiyyətlər:
- HoReCa sektoruna uyğun yüksək təqdimat, peşəkar kommunikasiya və etik davranış bacarıqları;
- Danışıqlar aparmaq, müqavilə şərtlərini razılaşdırmaq və inandırma qabiliyyəti;
- Nəticəyönümlülük, çevik problem həll etmə və dinamik iş mühitinə uyğunlaşma.
İş şəraiti və təminatlar:
- Əməkhaqqı: Sabit əməkhaqqı (Fix) + Satış nəticələrinə görə aylıq Bonus;
- Xərclərin qarşılanması: Yanacaq, amortizasiya və yemək xərcləri şirkət tərəfindən ödənilir;
- Əlaqə: Korporativ nömrə və danışıq paketi;
- İş qrafiki: 6 günlük iş həftəsi (Bazar günü – istirahət günü).
Wp - 0999003589
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.