Sirab Satış və Dağıtım MMC Sirab Satış və Dağıtım MMC
  • 107
Sirab Satış və Dağıtım MMC

Sirab Satış və Dağıtım MMC

Wholesale & Retail Trade , Wholesale & Distribution

Korporativ Hüquqşunas

  • Deadline 11 December 2026

Vəzifə öhdəlikləri: 

  • Şirkətin gündəlik fəaliyyətinin hüquqi müşayiətini həyata keçirmək;
  • Müqavilələri hazırlamaq, təhlil etmək və hüquqi ekspertizadan keçirmək;
  • Müqavilə öhdəliklərinin icrasına hüquqi nəzarət etmək;
  • Korporativ sənədlərin, qərarların, protokolların və etibarnamələrin hazırlanmasını təmin etmək;
  • Əmək qanunvericiliyi üzrə hüquqi məsləhət və dəstək göstərmək;
  • Dövlət qurumları, məhkəmələr və digər təşkilatlarla hüquqi məsələlər üzrə əlaqələri idarə etmək;
  • Məhkəmədənkənar mübahisələrin həllində şirkətin maraqlarını təmsil etmək;
  • Debitor borcların yığılması və problemli borcların hüquqi qaydada həlli prosesinə dəstək göstərmək;
  • Şirkətin satış, distribusiya, təchizat və kommersiya fəaliyyətindən irəli gələn hüquqi məsələləri tənzimləmək;
  • Hüquqi riskləri müəyyən etmək, onların qarşısının alınması üçün təkliflər hazırlamaq;
  • Qanunvericilikdəki dəyişiklikləri izləmək və aidiyyəti struktur bölmələri məlumatlandırmaq.

Əsas tələblər:

  • Hüquq üzrə ali təhsil;
  • Hüquq sahəsində minimum 1-3 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının mülki, əmək, vergi və kommersiya qanunvericiliyini yaxşı bilmək;
  • Müqavilə hüququ və korporativ hüquq sahəsində praktiki təcrübə;
  • Məhkəmə proseslərində iştirak və hüquqi sənədlərin hazırlanması təcrübəsi;
  • Analitik düşünmə, problem həll etmə və danışıqlar aparmaq bacarığı;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət;
  • Rus və ingilis dili bilikləri üstünlükdür;
  • MS Office proqramları ilə işləmək bacarığı.

İş vaxtının norması:

  • 09:00-17:00 / 5 günlük iş həftəsi
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Korporativ telefon nömrəsi və danışıq paketi.
  • Yanacaq

İş yeri:

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily120
  • Weekly158
  • Monthly742