Sirab Satış və Dağıtım MMC Sirab Satış və Dağıtım MMC
  • 620
Sirab Satış və Dağıtım MMC

Sirab Satış və Dağıtım MMC

Çoxsahəli istehlak xidmətləri , Distribyutorlar

Ticari marketinq üzrə kiçik mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ticari marketinq üzrə kiçik mütəxəssis

  • Deadline 30 Noyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas tələblər:

  • Minimum təhsil dərəcəsi: Bakalavriat (Marketinq, Biznesin idarə edilməsi və ya əlaqələli sahələr)
  • Komputer bilikləri: MS Office (Word, Power Point, Excel ) - əla;
  • Dil bilikləri: Azərbaycan dili- əla;
  • Təcrübə: Satış sahəsində 3 il təcrübə

Fərdi keyfiyyət göstəriciləri:

  • Analitik düşünmə bacarığı;
  • Keyfiyyət yönümlülük;
  • Qərarlı, müştəri yönümlü, rəqabəti bacaran;
  • Komanda ilə işləmə bacarığı;
  • Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
  • Planlaşdırma və problem həll etmə bacarığı.

Digər tələb və üstünlük göstəriciləri:

  • Sürücülük vəsiqəsi;
  • Şəxsi avtomobil.

İş barədə: 

  • Ərazi üzrə HORECA və Supermarket kanallarında yerləşən satış nöqtələrini mütəmadi ziyarət etmək;
  • Brend standartlarına uyğun vitrin, rəf və soyuducu yerləşimlərini yoxlamaq və təmin etmək;
  • Promosiya materiallarının (poster, wobler, shelf-talker, stiker, stend və s.) düzgün və tam şəkildə yerləşdirilməsinə nəzarət etmək;
  • Kampaniyaların, aksiyaların və yeni məhsul təqdimatlarının ərazidə düzgün icrasını təmin etmək;
  • Satış komandası ilə birlikdə nöqtələrdə satışın artırılmasına yönəlik təşəbbüslər irəli sürmək;
  • HORECA tərəfdaşlarında brend aktivasiyaları, tadımlar, təqdimatlar və tədbirlərin təşkili zamanı dəstək vermək;
  • Rəqib fəaliyyətlərini, qiymət və yerləşim dəyişikliklərini izləmək və hesabat vermək;
  • Ərazi üzrə görülən işlər barədə gündəlik və həftəlik hesabatların hazırlanması;
  • Şirkətin korporativ standartlarının və brend təlimatlarının yerinə yetirilməsinə nəzarət etmək.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Yemək pulu və yanacaq pulu şirkət tərəfindən;
  • Korporativ telefon nömrəsi və danışıq paketi.

İş vaxtının norması:

  • 09:00-18:00 / 5 günlük iş həftəsi
  • Həftənin 1 günü ofis daxili, digər günləri ofis xaricində olacaqdır (ofisə gəlmədən ərazidə fəaliyyət göstərəcəkdir)

İş yeri:

  • Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5).

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Ticari marketinq üzrə kiçik  mütəxəssis” yazmaqla Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily7
  • Weekly502
  • Monthly17