İT üzrə mütəxəssis (Şamaxı)

  • Истекает 15 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“Şirvan Aqro” MMC heyvandarlıq kompleksində informasiya texnologiyaları infrastrukturunun fasiləsiz fəaliyyətini təmin etmək, kompüter sistemlərinə və şəbəkələrə texniki dəstək göstərmək məqsədilə komandasına İT üzrə mütəxəssis axtarır.

Əsas vəzifə öhdəlikləri:

  • Kompüterlərin, printerlərin, serverlərin və şəbəkə avadanlıqlarının işlək vəziyyətinə nəzarət etmək;
  • İnternet, lokal şəbəkə və istifadəçi avadanlıqlarında yaranan texniki problemləri aradan qaldırmaq;
  • Proqram təminatlarının quraşdırılması, yenilənməsi və texniki dəstəyini həyata keçirmək;
  • İstehsalat və idarəetmə sistemlərinin fasiləsiz fəaliyyətinə texniki dəstək göstərmək;
  • Məlumatların təhlükəsizliyi, ehtiyat nüsxələnməsi və istifadəçi girişlərinə nəzarətdə iştirak etmək;
  • İT avadanlıqlarına texniki xidmət göstərmək və müvafiq uçot aparmaq.

Namizədə tələblər:

  • İT və ya müvafiq texniki sahə üzrə ali və ya orta ixtisas təhsili;
  • Kompüter avadanlıqları, əməliyyat sistemləri və şəbəkələr üzrə biliklər;
  • Proqram təminatlarının quraşdırılması və texniki problemlərin həlli bacarığı;
  • Məsuliyyətlilik, operativlik və analitik düşünmə qabiliyyəti;
  • İş təcrübəsi – üstünlükdür.

İş şəraiti:

  • İş qrafiki: istehsalat proseslərinin xüsusiyyətlərinə uyğun iş rejimi;
  • Əməkhaqqı: müsahibə əsasında müəyyən edilir;
  • İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İT üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly567
  • Monthly1415