Silo Operatoru (Şamaxı)

  • Истекает 15 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şirkətimiz əməliyyat  proseslərinin səmərəli təşkili və inkişafı məqsədilə komandasına Silo Operatoru  axtarır.

Əsas vəzifə öhdəlikləri:

  • Silo bunkerlərində saxlanılan taxılın temperatur və keyfiyyətə nəzarət sistemlərinin idarə edilməsi;
  • Silo bunkerlərinin təsdiq edilmiş qrafikə uyğun texniki baxışının və təmirinin həyata keçirilməsi;
  • Yem anbarına yemin verilməsi və silolara yemin qəbulunun təmin edilməsi;
  • Yem anbarında üyütmə prosesinə nəzarət və üyütmə avadanlıqlarının dövri texniki baxışının aparılması.

Namizədə tələblər:

  • Kompüter bilikləri (MS Office və istehsalat proqramları) – mütləqdir;
  • Silo komplekslərində və ya taxıl saxlama müəssisələrində iş təcrübəsi – 1 il 
  • Elektrik və elektronika üzrə orta səviyyədə biliklər – arzuolunandır
  • Üyütmə və yem istehsalı avadanlıqları ilə işləmə təcrübəsi – mütləqdir;
  • Temperatur nəzarət sistemləri və sensorlarla işləmə bacarığı;
  • Silo avadanlıqlarının (konveyer, şnek, ventilyasiya sistemi və s.) iş prinsiplərini bilməsi;
  • Taxılın saxlanması zamanı temperatur və rütubətə nəzarət prinsiplərini bilməsi;
  • Hündürlükdə işləmək bacarığı;
  • Qəza və nasazlıq hallarında operativ qərar qəbul etmək və rəhbərliyi dərhal məlumatlandırmaq bacarığı;
  • Növbəli iş rejimində işləməyə hazır olması;
  • Rus dili biliyi – arzuolunandır;
  • İngilis dili biliyi – arzuolunandır;
  • Məsuliyyətli, diqqətli və intizamlı olması.

İş şəraiti:

  • İş qrafiki: süd və ət satışının xüsusiyyətlərinə uyğun növbəli iş rejimi;
  • Əməkhaqqı: müsahibə əsasında müəyyən edilir;
  • İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Silo Operatoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily127
  • Weekly568
  • Monthly1416