Satış üzrə Konsultant

  • Истекает 13 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

"SKO Student" xaricdə təhsil şirkəti yeni açılacaq dil mərkəzi üçün satış komandası qurur. Bizə enerjili, ünsiyyətcil və satış sahəsində özünü inkişaf etdirmək istəyən komanda yoldaşları lazımdır.

İş şəraiti

  • Ünvan: Bakı (Hazırda Çinar Park BM)
  • Maaş: Sabit maaş + Satışdan bonuslar (Yüksək qazanc imkanı)

Öhdəliklər:

  • Sosial şəbəkələrdən gələn müraciətləri (lead) operativ cavablandırmaq;
  • Müştəriləri ofisə dəvət etmək və təhsil proqramları (IELTS, SAT, General English və s.) haqqında məlumat vermək;
  • Müştəri bazasını nizamlı şəkildə idarə etmək;
  • Satış hədəflərini vaxtında yerinə yetirmək.

​​​​​​​Tələblər:

  • Satış və ya müştəri xidmətləri sahəsində minimum 1-2 il təcrübə;
  • Azərbaycan dilində səlis və inandırıcı danışıq qabiliyyəti (Rus dili üstünlükdür);
  • Yüksək ünsiyyət qurma bacarığı;
  • Nəticəyönümlü yanaşma.

Biz nə təklif edirik?

  • Prestijli iş mühiti;
  • Yeni açılan akademiyanın ilk komanda üzvü olmaq imkanı;
  • Sabit maaşdan əlavə, hər satışdan artan bonus sistemi;
  • Peşəkar təlimlər.

CV-nizi "Satış Konsultantı Academy" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

  • Daily37
  • Weekly178
  • Monthly1242