Reception - Qeydiyyatçı

  • Истекает 8 июнь 2026

Qeydiyyatçı Vakansiyası

 

📍 İş yeri: Azure Business Center

🕘 İş saatları: 11:00 – 19:00

📅 İş rejimi: 5 gün

 

 

Vəzifə öhdəlikləri:

 

  • Avtomobillərin şəkillərinin sistemə yüklənməsi və məlumatların düzgün qeydiyyata alınması;
  • Şirkətə daxil olan avtomobillərin sənədlərinin qəbul edilməsi və aidiyyəti üzrə təhvil verilməsi;
  • Sənədlərin düzgün şəkildə arxivləşdirilməsi və qeydiyyatının aparılması;
  • Daxil olan sənəd və məlumatların məxfiliyinin qorunması;
  • Rəhbərlik tərəfindən verilən gündəlik inzibati tapşırıqların icrası;
  • Ofis daxilində sənəd dövriyyəsinə nəzarət və koordinasiya.

 

Namizədə tələblər:

 

  • Ali və ya orta ixtisas təhsili;
  • Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
  • Rus və İngilis dili biliyi üstünlük hesab olunur;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Məsuliyyətli, diqqətli və operativ olmaq;
  • Komandada işləmək və düzgün ünsiyyət qurmaq bacarığı.

 

Əlavə məlumatlar:

 

  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müəyyən ediləcəkdir.
  • Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Qeydiyyatçı” qeyd etməklə paylaşılmış elektron poçt ünvanına göndərmələri xahiş olunur.

 

  • Daily118
  • Weekly650
  • Monthly783