SM Business School olaraq İnsan Resursları (kadr kargüzarlığı) üzrə hazırlanmış təlim proqramı əsasında dərs deyə biləcək təcrübəli HR təlimçisi axtarırıq.
Təlimin əsas mövzuları:
- İşə qəbul prosesinin qanunvericiliyə uyğun təşkili
- Əmək müqavilələri (növləri, bağlanması, dəyişdirilməsi, xitamı)
- ƏMAS sistemində əmək müqavilələrinin qeydiyyatı
- Məzuniyyətlərin hesablanması və rəsmiləşdirilməsi
- Ezamiyyət və artıq işləmə prosedurları
- Əmək qabiliyyətinin müvəqqəti itirilməsi (xəstəlik vərəqələri)
- Əmək haqqının hesablanması və tutulmalar
- Kadr sənədlərinin praktiki tərtibi
- Case study və real iş nümunələri ilə tədris
Tələblər:
- İnsan Resursları / kadr kargüzarlığı sahəsində praktiki təcrübə
- Əmək Məcəlləsi və aidiyyəti qanunvericilik üzrə biliklər
- ƏMAS və HR sənədləşmə proseslərinə tam bələdlik
- Təlimçilik və izah etmə bacarığı (üstünlükdür)
- Təlimçi kimi 1-2 il iş təcrübəsi
İş qrafiki:
- Saat 09:00 – 18:00 aralığında dərs demək imkanı
- Həftədə 2 dəfə olmaqla 2 saat
- Tədris əyani formada keçirilir
Xidmət haqqı: 2 saatı - 20 azn (təlimin ümumi müddəti 40 saat)
Tədris yeri: Bakı şəhəri, Nərimanov rayonu, Aynalı Plaza
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.