SM Business School olaraq mühasibatlıq və 1C proqramı üzrə tədris proqramımız əsasında dərs deyə biləcək təcrübəli təlimçi axtarırıq.
Təlimin mövzuları:
- Mühasibat uçotunun əsasları
- Hesablar planı, debet-kredit, müxabirləşmə
- 1C proqramında ilkin qurulum və əməliyyatlar
- Alış və satış əməliyyatları
- Bank və kassa əməliyyatları
- Əmək haqqı, əsas vəsaitlər və amortizasiya
- Vergi bəyannamələri (ƏDV, mənfəət, sadələşdirilmiş və s.)
- Dövriyyə balans cədvəlinin hazırlanması
Tələblər:
- Mühasibatlıq sahəsində praktiki iş təcrübəsi
- Mühasibatlıq üzrə təlimçi kimi minimum 1-2 il iş təcrübəsi
- 1C proqramında sərbəst işləmək bacarığı
- Vergi və mühasibat uçotu üzrə biliklər
- Tədris və izah etmə bacarığı (təlimçilik təcrübəsi üstünlükdür)
- Məsuliyyətli və nizam-intizamlı olmaq
İş qrafiki:
- Saat 09:00 – 18:00 aralığında dərs demək imkanı
- Həftədə 2 dəfə olmaqla 2 saat
- Tədris əyani formada keçirilir
Xidmət haqqı: 2 saatı - 20 azn (təlimin ümumi müddəti 40 saat)
Tədris yeri: Bakı şəhəri, Nərimanov rayonu, Aynalı Plaza
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.