Smart Supply LLC Smart Supply LLC
  • 384

Smart Supply LLC

Other

Aparıcı mühasib

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Aparıcı mühasib

  • Истекает 26 февраль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tələblər:

  • Yaş: 23-40
  • Təhsil: ali
  • İş təcrübəsi: 2 ildən yuxarı
  • Yalnız xanım mühasiblər;
  • Azərbaycan dili, rus dili (arzuolunandır);
  • İşə dəqiq, operativ və məsuliyyətli yanaşma;
  • Komandada işləmə bacarığı olmalı;
  • Mühasibatlıq və vergi münasibətlərinin əsas bilikləri.

Vəzifə və öhdəliklər:

Maliyyə sənədlərinin hazırlanması və saxlanması:

  • Gəlir və xərclərlə bağlı müvafiq sənədlərin hazırlanması.
  • Mühasibat uçotu sistemində sənədlərin qeydiyyatı və sistemə daxil edilməsi.
  • Müxtəlif maliyyə sənədlərinin arxivləşdirilməsi və düzgün saxlanması.

Fakturaların və digər maliyyə sənədlərinin işlənməsi:

  • Satış və alış fakturalarının düzgün qaydada yazılması və qeydiyyatı.
  • Həftəlik və aylıq maliyyə hesabatlarının hazırlanması.

Vergi öhdəliklərinin izlənməsi:

  • Vergi hesabatlarının hazırlanmasında kömək etmək.
  • Vergi ödəmələrinin vaxtında yerinə yetirilməsi üçün lazım olan məlumatları hazırlamaq.

Bank və kassa əməliyyatlarının qeydiyyatı:

  • Bank əməliyyatlarının düzgün qeydiyyatını təmin etmək.
  • Kassa əməliyyatlarının izlənməsi və sənədləşdirilməsi.

Debitor və kreditor hesablarının nəzarəti:

  • Müştəri və təchizatçılara olan borc və alacaq hesablarının izlənməsi.
  • Debitor və kreditor əməliyyatlarının düzgün və vaxtında qeydiyyatı.

İnventarizasiyanın keçirilməsi:

  • Şirkət mal və materiallarının sayımını aparmaq.
  • Mal və məhsul balanslarını izləmək və qeydə almaq.

Hesabatların hazırlanması və təqdim edilməsi:

  • Mühasibatlıq üzrə hesabatların rəhbərliyə təqdim edilməsi.
  • Hesabatların zamanında və düzgün təqdim edilməsini təmin etmək.

Daxili yoxlamaların dəstəklənməsi:

  • Şirkətin maliyyə fəaliyyətlərinin düzgünlüyünü yoxlamaq və rəhbərliyə məlumat vermək.
  • Mühasibatlıq proseslərinin düzgünlüyünü təmin etmək üçün daxili yoxlamalara kömək etmək.

Şəxsi keyfiyyətləri:

  • Müştəri ilə danışıq bacarığı;
  • Səlist danışıq qabiliyyəti;
  • Davamlı mütaliə edən və inkişafa yönümlülük;
  • Komandada işləmə bacarığı (vacibdir)
  • Ünsiyyətcillik;
  • Dəqiqlik və məsuliyyət;
  • Problemləri həll etmə bacarığı;
  • Stresə davamlılıq.

İş barədə məlumat:

  • – İş qrafiki: 6 günlük iş həftəsi
  • – İş vaxtı: 08:00-dan 17:00-a qədər
  • – İş yeri: Binəqədi rayonu, Binəqədi şosesi 7
  • – Yemək İmkanı: Nahar şirkət tərəfindən təmin olunur.
  • Əmək haqqı: Müsahibə zamanı müəyyən ediləcək

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Aparıcı mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər

Diqqət:

  • Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
  • Yalnız qeyd olunmuş ünvana gələn cv-lərə baxılacaq
  • Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
  • Daily47
  • Weekly205
  • Monthly2147