Vəzifə öhdəlikləri:
- VRV/VRF HVAC sistemlərinin layihələndirilməsi və texniki hesablanması
- Quraşdırma prosesinə texniki nəzarət
- AutoCAD üzərində çertyojların hazırlanması və oxunması
- Sistemlərin işə salınması və test edilməsi
- Servis və nasazlıqların aradan qaldırılması
- Müştərilərə texniki dəstək və konsultasiya
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- VRV/VRF sistemlərində iş təcrübəsi (1 il)
- AutoCAD biliyi mütləqdir
- Texniki sənədlərlə işləmə bacarığı
- Məsuliyyətli və komanda ilə işləmək bacarığı
- Azərbaycan dili səlis və texniki ingilis dili biliyi
Təklif edirik:
- Rəqabətli əmək haqqı
- Peşəkar inkişaf və karyera imkanı
- Stabil və rəsmi iş mühiti
Müraciət etmək istəyən namizədlər CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.