“Smile Tour” MMC “Tur menecer” vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Online yazışma və telefon danışıqlarını aparmağı bacarmaq;
- Office proqramları və online-ödəniş proqramlarını sərbəst istifadə etmək bacarığı;
- Müştəriyə tur haqqında məlumatları təqdim etmək və satışını həyata keçirmək;
- Tur-məhsula dair müştəriyə düzgün və ətraflı məlumat təqdim etmək;
- Müştərinin maraqlarına uyğun ünsiyyət qurmaq və suallarını cavablandırmaq.
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır.
- Ofis daxili işdir. (İçərişəhər ərazisi)
- İş öyrədilir.
Namizədə tələblər:
- Rus və ingilis dillərində səlis bilmək mütləqdir. (danışıq və yazışma)
- Yaş həddi: 20-40
- Şirkəti, imicinə uyğun olaraq, yüksək səviyyədə təmsil etmək;
- İş vaxtını səmərəli dəyərləndirmək;
- İşə məsuliyyətli yanaşmaq;
- Rəhbərlik tərəfindən verilən bütün tapşırıqları vaxtında yerinə yetirmək.
Qeyd edilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Tur menecer” yazaraq göndərmələri xahiş olunur.