İş şəraiti
- Əmək haqqı: 1000 - 1200 AZN (Təcrübədən asılı olaraq)
- Məşğulluq: Tam iş günü
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi )
- Ünvan: Bakı şəhəri, İçərişəhər, Vaqif Mustafazadə küçəsi 6/10
- Müqavilə: Rəsmi əmək müqaviləsi bağlanılır
Öhdəliklər:
- Rezervasiya (bron) qrafikinə daim nəzarət edilməsi və sistemin yenilənməsi.
- Turistlərin transferlərinin vaxtında və qüsursuz təşkil olunmasına nəzarət.
- Daxil olan korporativ e-maillərin vaxtında, operativ və peşəkar şəkildə cavablandırılması.
- Şirkətə yeni işçilərin qəbulu prosesinin həyata keçirilməsi (sənədlərin toplanması və rəsmiləşdirilməsi).
- ƏMAS portalı üzərində işçilərin qeydiyyatı, əmək müqavilələrinin daxil edilməsi və kadr uçotunun aparılması.
- İlkin sənədlərlə iş (turizm paketləri üzrə invoysların və hesab-fakturaların hazırlanması).
- Şirkətin daxili sənəd dövriyyəsinin idarə edilməsi və rəhbərliyin digər tapşırıqlarının icrası.
Tələblər:
- Yaş həddi: 30 - 40 yaş
- Dil bilikləri: Rus və İngilis dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı (Xarici tərəfdaşlarla, otellərlə e-mail yazışmaları və transfer tərəfdaşları ilə ünsiyyət üçün mütləqdir).
- Kompüter bacarıqları: MS Office (xüsusilə Excel, Word, Outlook) proqramlarında sərbəst işləmək qabiliyyəti.
- Turizm sahəsində (xüsusilə bronlaşdırma və transfer sistemləri ilə) iş təcrübəsi və ya anlayış (üstünlükdür).
- Yüksək diqqətlilik, operativlik, məsuliyyətlilik və stressə davamlılıq.
Yalnız qeyd olunan kriteriyalara uyğun gələn namizədlərdən mövzu hissəsində "Ofis meneceri" qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri və ya +994103127892 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.