Assistant to Sales Manager (Satış Menecerinin Assistenti)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Assistant to Sales Manager (Satış Menecerinin Assistenti)

  • Истекает 7 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Biz satış sahəsində karyera qurmaq istəyən, motivasiyalı və məsuliyyətli xanım namizədləri komandamıza dəvət edirik. Namizədlər müştərilərlə işləyəcək və satış prosesinin bütün əsas mərhələlərində iştirak edəcəklər.

Əsas vəzifə öhdəlikləri:

  • Potensial müştərilərlə telefon vasitəsilə əlaqənin qurulması
  • Mövcud müştəri bazası ilə ünsiyyətin saxlanılması və inkişaf etdirilməsi
  • Müştəri ehtiyaclarının müəyyən edilməsi və uyğun həllərin təklif olunması
  • Yeni müştərilərin cəlb edilməsi prosesində iştirak
  • Satış komandası ilə koordinasiyalı şəkildə işləmək
  • ⁠Satış fəaliyyətinə dair mütəmadi hesabatların hazırlanması

Tələblər:

  • Xanım namizədlər
  • ⁠Azərbaycan və Rus dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı
  • ⁠Yüksək kommunikasiya bacarıqları
  • ⁠Satış sahəsinə maraq və peşəkar inkişaf istəyi
  • Məsuliyyətli, intizamlı və nəticəyönümlü

Biz nə təklif edirik:

  • ⁠Sabit əmək haqqı və rəqabətqabiliyyətli bonus sistemi
  • ⁠Real satış mühitində peşəkar inkişaf imkanı
  • ⁠Dəstəkləyici komanda mühiti
  • ⁠Uzunmüddətli əməkdaşlıq imkanı
  • Nahar təmin olunur

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily117
  • Weekly260
  • Monthly741