Biz satış sahəsində peşəkar inkişaf etmək istəyən, motivasiyalı və məsuliyyətli xanım namizədlər axtarırıq.
Təcrübə proqramı çərçivəsində namizədlər real müştərilərlə işləyəcək və satış prosesinin bütün əsas mərhələlərini praktiki şəkildə öyrənəcəklər.
Əsas vəzifə öhdəlikləri:
- Potensial müştərilərlə telefon vasitəsilə əlaqənin qurulması
- Mövcud müştəri bazası ilə ünsiyyətin saxlanılması və inkişaf etdirilməsi
- Müştəri ehtiyaclarının müəyyən edilməsi və uyğun həllərin təklif olunması
- Yeni müştərilərin cəlb edilməsi prosesində iştirak
- Satış komandası ilə koordinasiyalı şəkildə işləmək
- Satış fəaliyyətinə dair hesabatların hazırlanması
Tələblər:
- Xanım namizədlər
- Azərbaycan dilində səlis şifahi ünsiyyət bacarığı
- Rus dilində səlis danışıq qabiliyyəti
- Yüksək kommunikasiya bacarıqları və aktivlik
- Satış sahəsinə maraq və inkişaf istəyi
- Məsuliyyətli, intizamlı və öyrənməyə açıq olmaq
Biz nə təklif edirik:
- Real satış mühiti və praktiki təcrübə
- Satış və müştəri münasibətləri sahəsində peşəkar biliklərin əldə edilməsi
- Təcrübə müddətinin sonunda uğurlu namizədlər üçün uzunmüddətli əməkdaşlıq imkanı
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.