S SOCAR Upstream Management International LLC
  • 507

SOCAR Upstream Management International LLC

Aktivlərin İdarəedilməsi üzrə Menecer (Quru layihələr üzrə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aktivlərin İdarəedilməsi üzrə Menecer (Quru layihələr üzrə)

  • Deadline 6 March 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Uyğun namizədlər öz yenilənmiş CV-lərini elektron poçt ünvanına göndərməlidirlər.

Əsas Təcrübə, Kvalifikasiya və İş Tələbləri:

  • Neft və qaz sənayesində ən azı 8 illik təcrübə;
  • Hasilatın Pay Bölgüsü Sazişləri tələbləri üzrə praktiki təcrübə və biliklər;
  • Layihə büdcəsinin planlaşdırılması və idarə olunması;
  • Kommersiya danışıqları aparmaq bacarığı;
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
  • Komandada işləmə və liderlik keyfiyyətləri.

Tələb olunan digər bacarıqlar: 

  • Texniki tapşırıqları qiymətləndirmək və analiz etmək bacarığı;
  • Ünsiyyət bacarıqları;
  • Problem həll etmə və analitik düşünmə bacarığı;
  • Əməliyyat və əsaslı xərclərin əsas anlayışı və büdcə göstəricilərini təhlil etmək bacarığı;
  • Komandada işləmək və liderlik bacarıqları;
  • İdarəetmənin səmərəliliyini artırmaq üçün proaktiv təkliflər irəli sürmək;
  • Düşündüklərini normal ifadə etmək üçün nitq qabiliyyəti;
  • Danışıq və yazışmalar zamanı bütün etik normalara riayət etmək bacarığı;
  • Daxil olmuş müxtəlif mövzulu məktublara uyğun olduğu istiqamət üzrə cavab hazırlama qabiliyyəti.

Əsas vəzifə öhdəlikləri: 

  • Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS), Birgə Əməliyyat Sazişləri və digər Sazişlər üzrə Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Hökuməti qarşısında Əməliyyat Şirkətləri və Podratçı Tərəflərin öhdəlik  götürmüş maliyyə, kommersial və hüquqi öhdəliklərin yerinə yetirilməsinə nəzarət;
  • Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS) üzrə Əməliyyat Şirkətləri və Podratçı Tərəflərlə birgə həyata keçirilən neft-qaz əməliyyatlarına İllik İş Proqramı və Büdcələr əsasında geoloji-texniki, texnoloji və  xərclərin təyinatı üzrə istifadəsinə nəzarət;
  • HPBS üzrə həyata keçirilən  axtarış-kəşfiyyat, qiymətləndirmə, qazma və yataqların işlənməsinin bütün mərhələlərində yaxından iştirak etmək və mövcud laylardan iqtisadi cəhətdən maksimal hasilatın alınması üçün geoloji-texnoloji tədbirlərə, iqtisadi nəzarətin təmini, işlərin nəticəsinin təhlili, qiymətləndirilməsi və SUMİ-nin bu istiqamətdə təklif və tövsiyələrinin təqdim edilməsi və layihələrdə SOCAR-ın və dövlətin maraqlarının qorunmasının təmin edilməsi; 
  • Müvafiq sahələr üzrə gündəlik texniki məlumatların, hesabatların, Əməliyyat Şirkətlərindən əldə edilməsi, qiymətləndirilməsi və müvafiq zəruri təklif, tövsiyə və göstərişlərin verilməsi; 
  • Texnoloji obyektlərin tikintisi və quraşdırılması layihələrinin hazırlanmasında iştirak, fonddan çıxarılan quyuların ləğvinin mövcud qaydalara və tələb və təlimatlara uyğun həyata keçirilməsinə nəzarət, görülən işlərin təhlili və qiymətləndirilməsində iştirak etmək; 
  • HPBS üzrə kontrakt sahələrinin ekoloji vəziyyətinin monitorinqi, SƏTƏM-lə əlaqədar məsələlərin həllində Əməliyyat Şirkətləri, SOCAR və hökumət orqanları arasında vasitəçilik və s.
  • SOCAR-ın Baş ofisi və digər Dövlət qurumlarından daxil olan sorğuların operativ və dəqiq cavablandırılması üçün şəxsi bilik və təcrübəsindən, həmçinin yerlərdən daxil olmuş cavablarından istifadə edərək çevik hərəkətetmə bacarığı.
  • Təqdim olunan İllik İş Proqramı və Büdcə (İİP&B) sənədinə rəylərin hazırlanması. Texniki, İdarəetmə və Rəhbər Komitələri layihə üzrə lazımi məlumatlarla təmin etmək.
  • Rüblük və İllik əsasda İİP&B sənədinin icrasına nəzarət etmək. Sual doğuran məqamların əməliyyat şirkəti ilə birgə müzakirəsi.
  • Layihələrlə səmərəli əlaqə və məlumat mübadiləsini təmin etməli.
  • Sahə səfərləri təşkil etmək,qazma, GTT, Quyuların əsaslı və cari təmir işləri barədə tam məlumatlı olmaq.
  • Əməliyyat Şirkətlərinin hasilat strategiyasını müəyyən etmək və SUMİ-nin Rəhbərliyini daima məlumatlı saxlamaq.
  • Daily114
  • Weekly271
  • Monthly886