İş şəraiti
- İş yeri: Bakı, SOPHISS Şirkəti
 - İş rejimi: Tam ştat, ofisdə
 
Vəzifələr öhdəlikləri:
- Brendlərin aylıq və illik satış planlarının hazırlanması
 - Xarici və yerli tədarükçülərlə yazışmalar və məhsul sifarişlərinin təşkili
 - Stok idarəetməsi: sifariş dövrləri, ehtiyat səviyyələri və tükənmə risklərinin analizi
 - Rəqib və bazar analizləri
 - Qiymət siyasətinin hazırlanması və yenilənməsi
 - Hesabatların hazırlanması (satiş, dövriyyə, stok qalıqları və s.)
 
Tələblər:
- Marketinq, biznes idarəçiliyi və ya əlaqəli sahə üzrə ali təhsil
 - Brend və ya satınalma üzrə təcrübə (minimum 1 il, FMCG və ya kosmetika sahəsi üstünlükdür)
 - Təchizat zənciri və stok idarəetməsi barədə biliklər
 - 1C və MS Office proqramlarında işləmə bacarığı vacibdir
 - Azərbaycan və ingilis dillərində danışıq və yazı bacarığı
 - Rus dili biliyi üstünlükdür
 - Detallara diqqətli və analitik düşüncəli olmaq
 
Təklif etdiklərimiz:
- Kosmetika dünyasında dinamik və yaradıcı mühit
 - Xarici brendlərlə iş və peşəkar inkişaf fürsətləri
 - Stabil əmək haqqı və bonus sistemi
 
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “Brend və Satınalma üzrə Mütəxəssis” yazmağı unutmayın.