Şəhər: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
- Brendin inkişafı və şirkətin tanınması üçün təbdirlər planı hazırlamaq və icra etmək;
- Dövlət orqanları ilə əlaqələrin qurulması;
- Yeni tərəfdaşlar və əməkdaşlıq imkanlarının axtarışı;
- Tərəfdaş bazasının idarə edilməsi;
- PR kampaniyalarının və tərəfdaşlıq proqramlarının effektivliyinin monitorinqi və qiymətləndirilməsi;
- Auditoriyanı cəlb etmək üçün reklam kampaniyalarının və aksiyaların təşkili;
- Yeni yanaşmaların tətbiqi üçün rəqiblərin və bazar tendensiyalarının təhlili;
- Məhsul satışı üçün potensial tərəfdaşların araşdırılması;
- Tərəfdaşlıq əlaqələrinin qurulması üçün partnyorlar və şirkətlərlə danışıqlar aparmaq;
- Bloggerlər və şirkətlərlə əməkdaşlıq imkanlarını axtarmaq;
- Şirkətin məhsullarının təşviqi;
- Görülən işlər və tərəfdaşlarla əlaqə nəticələri barədə hesabatların hazırlanması.
Namizədə tələblər:
- 3 ildən artıq marketinq və PR sahəsində iş təcrübəsi;
- Dövlət orqanları ilə iş təcrübəsi üstünlükdür;
- MS Word, Excel, PowerPoint proqramlarında sərbəst işləmək bacarığı;
- Ali təhsil;
- Azərbaycan dili - sərbəst, rus dili - sərbəst, ingilis dili - danışıqlar aparmaq səviyyəsində.
Əmək şəraiti:
- Karyera inkişafı;
- Əmək haqqı müsahibə nəticəsinə əsasən;
- Nahar şirkət tərəfindən təmin olunur.
Məşhur kanallarımıza baxın:
- Wilderness Cooking - https://www.youtube.com/c/WILDERNESSCOOKING
- Kanan Badalov - https://www.youtube.com/c/KananBadalovChannel/videos
Müsahibə bütün qəbul edilmiş CV-lərə baxıldıqdan sonra keçiriləcək.
CV-nizi məktubun mövzu hissəsində “Marketoloq/PR mütəxəssis” vəzifəsi və gözlənilən əmək haqqını göstərməklə fotoşəkil ilə birlikdə elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.