Şəhər: Bakı
Vəzifə öhdəlikləri:
- Şirkətin tanıtımı üçün SMM strategiyasının yaradılması;
- Hədəf auditoriyanın müəyyən edilməsi və rəqiblərin təhlili;
- Kontent planının tərtib edilməsi (həftəlik, aylıq, rüblük);
- Mətnlərin, qrafik, foto və video məzmunun hazırlanması;
- Sosial şəbəkələrdə (Instagram, Facebook, TikTok, Telegram və s.) paylaşımların tənzimlənməsi;
- Şərhlərə və mesajlara cavab vermək və izləyicilərlə dialoqlar aparmaq, auditoriyanı cəlb etmək;
- Mənfi rəylərlə və brendin reputasiyası ilə işləmək;
- Hədəf reklamı ilə işləmək (Targeted Advertising);
- Reklam kampaniyalarının qurulması və idarə edilməsi (Facebook Ads, Instagram Ads, TikTok Ads);
- Reklamın effektivliyinin təhlili və ayarların optimallaşdırılması;
- Əsas göstəricilərin izlənilməsi (əhatə dairəsi, aktivlik, kliklər və s.);
- Kontent və reklamın effektivliyinin təhlili;
- Bloqerlər və tərəfdaşlarla əməkdaşlıq, influenserlərin axtarışı və onlarla əməkdaşlıq;
- Müsabiqələrin, kollaborasiyaların və birgə aksiyaların təşkili;
- Yeni trendlərin və alətlərin sınaqdan keçirilməsi;
- Yeni formatların tətbiqi (podkastlar, canlı yayımlar, marafonlar);
- Görülən işlərlə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Tələblər:
- Ən azı 2 il SMM kimi iş təcrübəsi;
- MS Office,Power Point, Corel Draw, CupCat, PhotoShop, Adobe Premiere Pro;
- Azərbaycan dili — sərbəst, rus dili — arzu olunandır.
Biz, “SOSMEDIA” Agentliyi olaraq, yeddi ildir 20 milyondan çox abunəçisi olan YouTube kanallarının işə salınması, idarə edilməsi və inkişaf etdirilməsi ilə məşğul oluruq. 6 qızıl və 15 gümüş YouTube mükafatımız var. Biz 100 mindən 5 milyonadək abunəçisi olan müxtəlif sahələrdə və yaş auditoriyalarında bir neçə kanal üzərində işləyirik.
Məşhur kanallarımızdan nümunəyə baxa bilərsiniz:
- Wilderness Cooking - https://www.youtube.com/c/WILDERNESSCOOKING
- Kanan Badalov - https://www.youtube.com/c/KananBadalovChannel/videos
Elan 28.02.2025 tarixinədək aktualdır. Müsahibə qəbul edilmiş bütün CV-lərə baxıldıqdan sonra baş tutacaq.
Qeyd edilən tələblərə uyğun olduğunuz halda, məktubun mövzu hissəsində “SMM” və əmək haqqı gözləntinizi qeyd etməklə CV-nizi elektron poçtuna göndərə bilərsiniz.