Vəzifə öhdəlikləri:
- Video operatorun təlimatlarını icra etmək;
- İş proseslərində video operatora dəstək olmaq;
- Avadanlıqların müntəzəm olaraq yoxlanılması və texniki xidmətin həyata keçirilməsi;
- İşıqlandırma avadanlığı ilə iş;
- Hər hansı bir nasazlıq aşkarlandıqda məlumat vermək;
- Çəkilişin vaxtında və düzgün şəkildə aparılmasına dəstək göstərmək;
- Video operatotun tapşırıqlarına riayət edərək, çəkiliş etmək;
- Əməkdaşlarla komanda şəklində işləmək;
Namizədə tələblər:
- İş Qəbələdə olduğu üçün Qəbələdə yaşayanlara üstünlük veriləcək;
- Fiziki işə uyğun və çevik;
- Çəkiliş sahəsinə maraq və bu sahədə inkişaf etmək, öyrənmək həvəsi mütləqdir;
- Diqqətlilik, məsuliyyət, təşəbbüskarlıq, davamlılıq, verilən mehriban və peşəkar davranış;
- Orta təhsil;
- Bu sahədə 3-6 ay iş təcrübəsi arzuolunandır;
Əmək şəraiti:
- Karyera inkişafı;
- Müsahibə nəticələrinə əsasən əmək haqqı;
- Çəkiliş yerinə çatdırılma və nahar Şirkət tərəfindən təmin edilir.
Ünvan - Qəbələ
Müsahibə bütün qəbul edilmiş CV-lərə baxıldıqdan sonra keçiriləcək.
CV-nizi məktubun mövzu hissəsində “Video operator köməkçisi Qəbələ” vəzifəsi və gözlənilən əmək haqqını göstərməklə fotoşəkil ilə birlikdə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.