Sos Media AZ Sos Media AZ

Vidеo Operator - Qəbələ şəhəri

Vidеo Operator - Qəbələ şəhəri

  • Deadline 12 November 2026

 

Şirkət: SOSMEDIA

Vəzifə: Vidеo Operator

Olduğu yer: Qəbələ şəhəri

 

Yalnız Qəbələ şəhərində və ətraf ərazilərdə yaşayan namizədlər müraciət edə bilər

 

Vəzifə öhdəlikləri:

●      Layihə iştirakçıları ilə, operatorlarla qarşılıqlı əlaqə, planlaşdırma yığıncaqlarında iştirak etmək, cari planların və yeni layihələrin müzakirə olunması, iş planının tərtibatında iştirak etmək;

●      Baş operatorla qarşılıqlı əlaqə, təkliflərin irəli sürülməsi, cari məsələlərin müzakirə olunması, iş planının tərtibatında iştirak etmək;

●      Digər operatorlarla, layihə iştirakçıları ilə, layihə rejissorları ilə, layihə koordinatorları ilə, layihə menecerləri ilə qarşılıqlı əlaqə;

●      Çəkiliş cədvəlinə uyğun olaraq layihə çəkilişlərində iştirak etmək;

●     Video-çarxların bilavasitə çəkilişi, kadr qoyuluşu: aktyorla, rekvizitlə və lokasiyalarla iş — kadrda gözəl təsvirin yaradılması;

●      Video-çarxlara dair önizləmənin və digər foto işlərinin yaradılmasında iştirak etmək;

●      Rejissor meydançada olmadığı halda çəkiliş prosesinin idarə edilməsi;

●      Çəkilişdən əvvəl referenslərin və artıq çəkilmiş, kanalda çəkiliş üçün planlaşdırılan ideyanın gözdən keçirilməsi;

●      Vərdişlərinin təkmilləşdirilməsi, mobiloqrafiya və operatorluq sənəti sahəsində yeniliklər və trendlər haqqında məlumatın öyrənilməsi;

●      İşıqlandırma avadanlığı ilə iş, quraşdırılma, test olunma, xidmət;

●      Avadanlığın uçotunun aparılması, avadanlıqla ehtiyatlı davranma;

●      Nasaz avadanlıq barədə, yaxud çəkilişlərin aparılması üçün yeni avadanlığın əldə edilməsi zərurəti barədə rəhbərliyi 6 saat ərzində xəbərdar etmək;

●     Görülmüş iş barəsində hesabatların hazırlanması;

●     Zərurət yarandıqda digər inzibati işləri yerinə yetirmək.

 

Tələblər: 

●     Oxşar vəzifədə ən azı 3 il iş təcrübəsi;

●     Orta/orta ixtisas təhsili;

●     MS Office üzrə yaxşı biliklər;

●     Peşəkar kamera ilə işləmək bacarığı;

●     Təbii işıqlandırma və səslə işləmək bacarığı;

●     Gözəl zövqə və kompozisiya hissinə malik olmaq;

●     Kreativ və qeyri-standart düşünmək və işə yanaşmaq qabiliyyəti;

●     Ətrafdakı gözəlliyi görmək və onun ustalıqla kadra köçürmək qabiliyyəti;

●     Komandada işləmək bacarığı, diplomatiya, stressə davamlılıq, məsuliyyət, mehriban və peşəkar davranış.

 

Şərtlər:

●     İş qrafiki – 20 gün çəkiliş, 10 gün istirahət;

●     Əmək haqqı 1500 – 2000 Azn aralığı (təcrübədən asılı olaraq);

●     Qəbələ şəhərində yaşayışın təşkil edilməsi;

●     Peşəkar iş mühiti;

●     Peşə və karyerada yüksəliş imkanı;

●     Dəstək olmağa və texniki olaraq kömək etməyə hazır olan motivasiyalı, gənc və təcrübəli komanda.

 

Şirkət haqqında məlumatlar:

 

Biz, “SOSMEDIA” Agentliyi, 7 ildir ki, 20 milyon abunəçisi olan YouTube kanallarının işə salınması, aparılması və inkişaf etdirilməsi ilə məşğul oluruq. YouTube-dan 6 qızıl və 15 gümüş mükafatımız var. Biz 100 mindən 7 milyonadək abunəçisi olan müxtəlif sahə və auditoriyalarda bir neçə kanal üzərində işləyirik.

 

 

Populyar kanallarımıza baxın:

●      Wilderness Cooking - https://www.youtube.com/c/WILDERNESSCOOKING

●      Kanan Badalov - https://www.youtube.com/c/KananBadalovChannel/videos

●      Faraway Village - https://www.youtube.com/@FarawayVillage

 

Müsahibə qəbul edilmiş bütün CV-lərə baxıldıqdan sonra baş tutacaq.

 

CV-lər 12 Noyabr 2026-cı il tarixinədək qəbul olunur.

 

Mövzuda “Vidеo operator” vəzifəsini, gözlənilən əmək haqqını göstərməklə, şəkilli CV-nin və öz portfolionuzu [email protected] elektron poçtuna göndərilməsi xahiş olunur. 

Yalnız yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.

 

  • Daily24
  • Weekly112
  • Monthly969