Bizim missiyamız valideyn himayəsindən məhrum uşaqlar üçün ailələr yaratmaq, onların öz gələcəklərini formalaşdırmalarında kömək etməkdir. Biz valideyn himayəsindən məhrum olmuş uşaqların ailə daxilində uzunmüddətli münasibətlər qurmalarına şərait yaradırıq. Biz uşaqlara öz mədəniyyətlərinə və dini əqidələrinə uyğun yaşayaraq cəmiyyətin fəal üzvləri kimi formalaşmaqda kömək edirik. Fərdi qabiliyyətlərini, maraq və istedadlarını üzə çıxarmağa, müxtəlif uğurlara və nailiyyətlərə imza atmalarına, cəmiyyətdə özlərini ifadə etmələrinə yol göstərir və köməklik edirik. Biz ailələri möhkəmləndirmək və uşaqların atılma riskinin qarşısını almaq məqsədilə proqramlar hazırlayırıq. Biz uşaqlarımıza AILƏ ƏSASLI QAYĞI göstəririk.
SOS Uşaq Kəndləri - Azərbaycan Ailə köməkçisi