S SOS Uşaq Kəndləri - Azərbaycan
  • 647

SOS Uşaq Kəndləri - Azərbaycan

Other

Sosial pedaqoq (Kişi namizəd)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Sosial pedaqoq (Kişi namizəd)

  • Истекает 11 июль 2024
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

KQE (oğlanlar üçün) Layihəsi gənclərin (14 yaşdan yuxarı oğlanlar) müstəqil həyata hazırlanmaları üçün lazımi bacarıqların inkişaf etdirilməsi üçün fəaliyyət göstərir. Sosial pedaqoqun əsas vəzifəsi layihədən faydalanan gənclərin cəmiyyətə uğurlu inteqrasiyasının təmin edilməsinə dəstək göstərməkdir. 

Bu vəzifəyə qəbul olunacaq namizəd uşaq və insan hüquqlarının qorunduğu bir təşkilatın üzvü olacağı üçün ondan məhkumluğun olub-olmamasına dair arayış və ötən iş yerlərindən xarakteristikalar (rəylər) tələb olunacadır. Uğurlu namizədin vəzifə üzrə bilik və bacarıqları ilə yanaşı müdafiəyə olan yanaşması da araşdırılacaq və qiymətləndiriləcəkdir.

Profiliniz:

  • Pedaqoqika, psixologiya və ya sosial iş sahəsində ali təhsil;
  • Yaş həddi: 30 yaşdan yuxarı;
  • Uşaq və ya gənclərlə iş sahəsində azı 2 illik iş təcrübəsi;
  • Mentorluq və kouçinq bacarıqları;
  • Məsləhət vermək və danışıqlar aparmaq bacarığı;
  • Sosial və təşkilati bacarıqlar;
  • Stressə davamlılıq;
  • Komandada işləmək istəyi və bacarığı;
  • Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
  • Ölkədəki təhsil və sosial sistem haqda məlumatlılıq;
  • Əlavə peşəyönümlü təhsil (Təlim, seminarlar);
  • Gənclərin iştirakçılığı barədə məlumatlılıq;
  • İlkin tibbi yardım bacarığı;
  • Kompüter biliyi (MS Office);
  • Azərbaycan dili biliyi (Rus dilini bilən namizədlərə üstünlük verilir).

Vəzifə və öhdəliklər:

  • Gənclərin Fərdi İnkişaf Planlarının hazırlanması və həyata keçirilməsində dəstək göstərmək;
  • Gənclərə təhsil seçimi, şəxsi inkişaf və peşə istiqamətləndirilməsi sahəsində dəstək göstərmək;
  • Gənclərə sosial və müstəqil yaşam bacarıqlarının inkişaf etdirilməsində dəstək göstərmək;
  • Gənclər üçün iş yerlərinin tapılmasında/işlə təmin olmasında dəstək göstərmək;
  • Təhsil ocaqları və iş yerləri ilə sıx əməkdaşlıq etmək; 
  • SOS Uşaq Kəndi, bioloji ailələr və icma ilə əməkdaşlıq etmək;
  • Gənclərin asudə vaxtlarını təşkil etmək;
  • Növbəli işləmək (gecələmək şərtilə 24 saatlıq (1 gün) iş, növbəti 72 saat (3 gün) istirahət günü olmaqla)

Uşaq müdafiəsi:

  • Uşaq Müdafiə Siyasətinə riayət etmək
  • Uşaq Kəndi Proqramlarında zorakılıq halları ilə bağlı hadisələrə “Uşaq müdafiəsi üzrə Hesabat vermə və cavab tədbirləri” prosedurunu tətbiq etmək

Cinsi zorakılıq, istismar və zorlama hallarının qarşısının alınması və bu kimi hallardan müdafiə siyasəti üzrə

  • Cinsi zorakılıq, istismar və zorlama hallarının qarşısının alınması və bu kimi hallardan müdafiə siyasətinə riayət etmək
  • Cinsi zorakılıq, istismar və zorlama halları ilə bağlı hesabatvermə və cavabvermə prosedurlarını tətbiq etmək 

İş şərtləri:

  • Ünvan –Şərifli küçəsi, (Qara Qarayev metrosu yaxınlığı);
  • 550.00 AZN (vergilər daxil) əmək haqqı;
  • Növbəli iş rejimi;
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

Təklifmiz:

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır. 

Namizədliyinizi uyğun hesab edirsiniz? 20 İyun 2024-cü il tarixədək “Bakı SOS Uşaq Kəndi/Sosial Pedaqoq-KQE-Oğlanlar” adlı başlıqla e-poçt ünvanına göndərməyinizi xahiş edirik.

Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!

Qeyd: SOS Uşaq Kəndləri Azərbaycanın iş elanları yalnız Jobsearch.az və azerweb.az saytlarında yerləşdirilir!

  • Daily73
  • Weekly435
  • Monthly435