Namizədə tələblər:
- Yaş həddi: 35–55 yaş;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Təmizlik və gigiyena qaydalarını bilməli;
- Məsuliyyətli, səliqəli və nizam-intizamlı olmalı;
- Fiziki cəhətdən sağlam olmalı, vəzifənin icrasına mane olacaq ciddi sağlamlıq problemi olmamalıdır.
Vəzifə öhdəlikləri:
- Yaşayış binasının ümumi istifadə sahələrinin (giriş, pilləkənlər, dəhlizlər və s.) gündəlik təmizliyini təmin etmək;
- Döşəmələrin, divarların, qapı və pəncərələrin, şüşələrin, tutacaqların və digər səthlərin təmizlənməsini həyata keçirmək;
- Binada yerləşən avadanlıq və inventarın təmiz saxlanılmasını təmin etmək;
- Zibil qutularını boşaltmaq, tullantıları müəyyən olunmuş yerə çatdırmaq;
- İstifadə olunan təmizlik vasitələrinin düzgün və qənaətli istifadəsini təmin etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
CV-nizi mövzu hissəsində “Xadimə” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və ya 050 283 91 52 nömrəsi ilə əlaqə saxlayaraq müraciət edə bilərsiniz.